Deputatların pensiyası həyat yoldaşı və övladlarına miras verilə bilər? KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Deputatın pensiyasının övladlara və ya həyat yoldaşına miras kimi keçib-keçməməsi məsələsi tez-tez müzakirə olunur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, deputat pensiyası da bütün digər pensiya növləri kimi miras olaraq verilmir.
Ekspertin sözlərinə görə, pensiya yalnız şəxsin sağ qalan həyat yoldaşına və ya himayəsində olan azyaşlı uşaqlarına müəyyən qaydalar çərçivəsində ödənilə bilər:
“Miras kimi keçə bilməz. Pensiya məsələsində bütün vətəndaşlara eyni yanaşma tətbiq olunur. Əgər ər-arvadın pensiyalarının məbləği fərqlidirsə və ölən şəxsin pensiyası daha yüksəkdirsə, sağ qalan həyat yoldaşına həmin fərq ödənilir. Məsələn, deputat olan ər vəfat edibsə və onun pensiyası həyat yoldaşının təqaüdündən yüksəkdirsə, yerdə qalan məbləğ yoldaşına veriləcək. Bu, bütün vətəndaşlar üçün eyni qaydadır.”
Əkrəm Həsənov əlavə edib ki, vəfat edən şəxsin himayəsində azyaşlı övladlar varsa, onlar üçün də qanunvericiliyə uyğun olaraq müəyyən ödənişlər nəzərdə tutulur.
Beləliklə, deputatın pensiyası miras kimi keçməsə də, ailə üzvlərinin sosial müdafiəsi üçün qanunda xüsusi mexanizmlər mövcuddur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















