80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qlobal enerji bazarlarında müşahidə olunan mövcud tendensiyalar neftin qiymətləri ilə bağlı pessimist proqnozları gündəmə gətirib. Beynəlxalq analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə neft bazarında təklifin artması və tələbin zəifləməsi fonunda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi istisna edilmir.
Proqnozlara görə, cari ildə neftin orta illik qiymətinin 45–55 dollar aralığında formalaşacağı gözlənilir ki, bu da “qara qızıl”ın ucuzlaşmasının əsas səbəbləri ilə bağlı müzakirələri aktuallaşdırır.
İqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda dünyada neft bolluğu yaşanır və hələ ki, OPEC+ süni şəkildə qiymətləri 60 dollar civarında tuta bilib, lakin bu uzun müddət davam etməyəcək: “Bu il ABŞ-da ara seçkiləridir, Respublikaçılara ucuz neft-benzin lazımdır, çünki, orta statistik ABŞ seçicisinin xarici siyasət, Ukrayna, Rusiya, İran marağında deyil, hər səhər maşınına vurduğu benzinin qiyməti onun qərar verməsində birbaşa rol oynayır. Bundan başqa, ABŞ-da daxili yükdaşımaların 70%-ə yaxını yük avtomobilləri ilə həyata keçirilir ki, bu da mal-məhsulların maya dəyərinə ciddi təsir göstərir. Benzin və dizel yanacağı ucuzlaşdıqca, ölkə daxilində qiymətlər də düşür, inflyasiya azalır ki, bu da seçkidə Respublikaçılar üçün əlavə səs-seçici deməkdir”.
Neftin ucuzlaşmasının Azərbaycana təsirinə gəldikdə isə N. Cəfərli qeyd edib ki, bizim ölkəmizin problemi tək ucuz neft deyil, həm də hasilatın kəskin azalmasıdır:
“İndiki primitiv iqtisadi modelə baxsaq aydın olacaq ki, neft 45-50 dollar arası olsa, ÜDM göstəriciləri, maksimum, 1% civarında olacaq, ticarət dövriyyəsində mənfi saldo yaranacaq, ölkəmizə daxil olan valyutanın həcmi azalacaq. Amma, ucuz neftin birbaşa büdcəyə təsiri məhduddur – Neft Fondu neftin qoymətindən asılı olmayaraq büdcəyə nəzərdə tutulduğu qədər pul köçürəcək. Büdcəyə təsiri neft şirkətlərinin vergilərinin kəskin azalması ilə olacaq – bu il SOCAR, Bp (ABƏŞ) və digər neft şirkətlərinin büdcəyə ödədiyi vergilər azalacaq. Hökumətin əsas yanlışı odur ki, büdcə gəlirlərinin azalmasını 1 nömrəli problem kimi görür, bu məsələni həll etmək üçün daha böyük yanlışa gedərək vergi-rüsum-cərimələri artırır. Halbuki, ölkənin 1 nömrəli problemi iqtisadi aktivliyin, əlavə dəyərin yaranma sürətinin zəifləməsidir. Hökumət baxışını, prioritetlərini dəyişməlidir, əsas prpblemi iqtisadi daralma kimi görsələr, ilk bu məsələni həll etmək üçün addımlar atmaq lazım gələcək ki, bu da, tam tərsinə, vergi-rüsum-cərimələrin azalmasını mütləq edir.
Bəli, bu zaman ilk 2 ildə büdcəyə daxilolmalar azalacaq, amma bunun üçün də 80 mlrd. dollarlıq “yasdıq” var. Hökumət bu “yasdıqdan” sadəcə “yatmaq” üçün istəfadə edir, bu yolverilməzdir, 80 mlrd. dollar bizə 2-3 il rahat və sürətli islahatlar aparmaq üçün sərbəstlik verir, bu fürsəti indi qaçırsaq, o yasdığı yeyib-bitirəcəyik, sonra çox ağır durumla qarşı-qarşıya qalacağıq.
Lakin hər şeyi doğru etsək, cəmi 2 ilə iqtisadi aktivliyin, əlavə dəyər yaratma sürətinin artması hesabına büdcəyə indikindən daha çox daxilolmalar baş verəcək. Bəli, daha az vergi-rüsum-cərimə dərəcələri ilə daha çox pul yığmaq mümkündür!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















