Icma.az
close
up
RU
“Dəqiqləşdirilməmiş xəbərlərin qarşısını almaq üçün media savadlılığı vacibdir” Rəşad Məcid

“Dəqiqləşdirilməmiş xəbərlərin qarşısını almaq üçün media savadlılığı vacibdir” Rəşad Məcid

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnformasiya məkanındakı gündəlik xəbərlərin doğru təhlil edilməsi, dəyərləndirilməsi, məlumat mənbələrinin etibarlılığı, obyektivliyinin yoxlanılması çağdaş dövrün ən vacib məsələlərindən biridir.
Özəlliklə sosial mediadakı məlumatların hansı mesaj verdiyini anlamaq, onun dezinformasiya, yaxud tərəfsiz mənbələrin gerçək xəbərçiliyi olduğunu aydınlaşdırmaq olduqca vacibdir. Bu mənada media savadlılığı cəmiyyətin hər bir fərdi üçün önəmlidir.
Media Savadlılığı” Həftəsində mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspertlər də bu qənaətdədir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, yeni “Media haqqında" Qanun”da media savadlılığı ayrıca bölmə kimi verilib. Çünki sosial medianın inkişaf etdiyi, müxtəlif dezinformasiyaların çoxaldığı, influenserlərin, blogerlərin, internet televiziyaların, youtuberlərin çoxaldığı, yanlış informasiyaların geniş yayıldığı bir vaxtda media savadlılığı vacibdir:
“Bu mənada Medianın İnkişafı Agentliyinin başladığı həftəlik media savadlılığı kampaniyasını yüksək qiymətləndirirəm. Həm MEDİA əməkdaşları, həm də Mətbuat Şurasının üzvləri artıq 2 gündür ki, maarifləndirici fikirlərlə çıxış edirlər. Düşünürəm ki, bu, çox lazımlı və vacibdir. Ümumiyyətlə, MEDİA və Mətbuat Şurası birgə bölgələrdə tədbirlər keçirirərkən media savadlılığı ən vacib element kimi qabardılır. Çünki indi hər bir fikrin doğru olmadığı insanlara aşılanmalıdır.
Hazırda peşəkar mediadan fərqli olaraq məsuliyyətsiz  “media” və “jurnalist”lər peyda olub. Bunların söylədiyi fikirlər isə dəqiqləşdirilməmiş xəbərlər olur. Bəzən isə bilərəkdən başqasını ləkələmək halları da baş verir. Bütün bunların qarşısını almaq üçün media savadlılığı vacibdir. Media savadlılığı əsasən, cəmiyyətə, ictimaiyyətin nümayəndələrinə aiddir ki, yayılan xəbərlərə bir az şübhə ilə yanaşsınlar və qeyri-ciddi mənbələrin xəbərlərinə inanmasınlar”.
Qeyd edək ki, dekabrın 16-dan etibarən “Media Savadlılığı” Həftəsinə start verilib. Dekabrın 22-dək davam edəcək “Media Savadlılığı” Həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri