Rəşad Məcid: Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Müzakirə edilən Qanun layihəsinin icrası uşaqların sosial şəbəkələrin zərərli təsirlərdən qorunması məsələsində həmin platformalardan hüquqi baxımdan məsuliyyət tələb edəcək".
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələyə diqqət çox vacib və lazımlıdır: “Burada uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin, sosial şəbəkələrin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir. Bu qanun artıq ictimaiyyət tərəfindən yaxşı qarşılanıb və çox güman ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 İyun 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















