Icma.az
close
up
RU
“Media savadlılığı mənfi təsirdən xilas olmaq üçün immunitetdir” Rəşad Məcid

“Media savadlılığı mənfi təsirdən xilas olmaq üçün immunitetdir” Rəşad Məcid

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ Media savadlılığı bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı üzvlərinin informasiyanın, yaxud informasiya kimi dövriyyəyə buraxılan bilgilərin mənfi təsirindən xilas olmaq üçün immunitetdir”.

Bu sözləri Manset.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid media savadlılığı haqqında danışarkən bildirib.

O, qeyd edib ki, “Media haqqında” Qanunda media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti kimi göstərilib:

“ İnsan həqiqəti nə zaman dərk edir? Əlbəttə, nəyəsə şübhə ilə yanaşdıqda. Fikrimcə, media savadlılığı şübhələrlə doğrunu müəyyənləşdirmək üçün, bir növ, əzmin göstərilməsidir. Çünki yaşadığımız əsr informasiya əsridir və bu əsrdə informasiya bir çox hallarda manipulyasiya predmetinə çevrilir. İnformasiya manipulyasiyaları isə bir çox hallarda ölkələrin nizamını pozur. Məsələyə mövcud kontekstdən yanaşsaq, media savadlılığı, eyni zamanda, yaşadığımız toplumun normal axarını pozmağa yönəlmiş qüvvələrə qarşı müqavimətdir. Ümumən, media savadlılığı geniş anlayışdır. “Media haqqında” qanunun 10-cu maddəsinə əsasən onun həyata keçirilməsi üçün konkret məsuliyyət müəyyənləşdirilib. Ancaq hesab edirəm ki, media, ümumən, məsuliyyətini anlamalıdır. İlk növbədə, etimad qazanmalı və jurnalistlər yaydıqları informasiyanın cəmiyyətdə doğura biləcəyi şübhə seqmentini aradan qaldırmalıdır. Başqa sözlə desək, cəmiyyəti obyektiv və qərəzsiz informasiyalarla təmin etməlidirlər. Nəzərə alsaq ki, jurnalistlər, eyni zamanda, medianın qlobal manipulyasiya alətinə çevrilmə məsələləri ilə bağlı məlumatlıdırlar. Onların öz bilik və bacarıqlarını bölüşmələri də ümumi işə yüksək fayda gətirə bilər”.

Rəşad Məcid hesab edir ki, media savadlılığının ehtiva etdiyi məsələlər barədə cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi son dərəcə vacibdir. Bunu ayrı-ayrı jurnalist təşkilatlarına layihələrin ayrılması ilə də gerçəkləşdirmək daha səmərəli olar. Üstəlik, mövcud istiqamətdə konkret fəaliyyət planına da ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri