Icma.az
close
up
RU
Dərdimizə işıq tutan şair

Dərdimizə işıq tutan şair

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmam Cəmilli,

şair-publisist

Rəfail Tağızadənin yaradıcılığı ilə çoxdan ta- nışam. Özünəməxsus yaradıcılıq yolu olan Rəfail Tağızadənin imzası ədəbi aləmdə şair kimi çoxdan təsdiq olunmuş və özünə yetərincə oxucu auditoriya- sı qazandırmışdı.

Şair 2019-cu ildə işıq üzü görən sanballı kitabının adını "Su üzərində bahar" adlandırması başqaları kimi mənim də diqqətimi cəlb etdi. Novruzun ilki olan Su çərşənbəsi, baharın gəlişinin müjdəçisi hesab olunur. Xalq inancına söykənən müəllif kitabına "Su üzərində bahar" adını verməkdə inanır ki, kitabın içərisindəki şeirlər bahar nəfəsi, ba- har təravəti, bahar gözəlliyi kimi oxucuları özünə cəlb edəcəkdir.

Müəllif yanılmayıb. Kitabı oxuduqca, bir-bi- rindən cazibədar olan şeirlər oxucu diqqətini cəlb edir.

Kitabın ilk səhifəsində şairin "Darıxıram" adlı bir şeiri var.

Könlümə toran düşüb, İçim dolu sualdı.

Baxdım sınıq güzgüyə, Allah, bu hal nə haldı?

Mənim diqqətimi çəkən "Baxdım sınıq güz- güyə" misrası oldu. İçi sualla dolu olan şair sınıq

güzgüdə əksini görərkən "Allah, bu hal nə haldı?" deyə heyrətini gizlədə bilmir.

İkinci bənddə şair oxucuya bir balaca ip ucu

verir.

Üzümdəki sevinci,

Gözümün yaşı yuyur. Sıraya dərd düzülsə, Öndə ayrılıq durur.

Həssas oxucu sınıq güzgüdə əksini görən şairin heyrətinin səbəbinin ayrılıq olduğunu bilir. Şair üçün dərdlər sıraya düzülsə öndə ayrılıq durar, deməsi ilə ayrılığın sitəmindən şikayətlənir.

Biz bu yazıda şairin ayrılıqdan çəkdiyi ağrı- acıya güzgü tutmağa çalışacağıq.

Bir çox soydaşları kimi Rəfail Tağızadə də qaçqın taleyi yaşayıb. Həmin keşməkeşli həyatı gözü ilə görüb yaşayan şairin yaradıcılığında qaçqın hə- yatı, doğma od-ocaq həsrəti qırmızı xətt kimi keçir. Öndə duran ayrılıq dərdi şairin bütün misralarında ürək ağrısı ilə özünü göstərir.

Şair qismətinə taleyin acısı yazılmış qaçqın uşaqlarının həyat tərzinin ağırlığını "Qaçqın uşağı" şeirində məharətlə ümumiləşdirərək oxucuya aşa- ğıdakı kimi təqdim edir.

Küçəsi – səhranın çıxış xətti,

məhləsi – yardım məntəqəsinin yanı, evi sonuncu çadır.

Yatağı çadırın küncü –

Qaçqın uşağı.

Şeir 25 il bundan əvvəl yazılıb. Yolların kəna- rında qaçqın çadırlarını kim görməmişdi? Şeirdəki acınacaqlı təsvir hamıya tanışdır.

Günahsız insanların acı taleyi şairi için-için ovxarlayır.

Yaş kağızı möhürlərlə dolu,

Adı BMT-nin, Qırmızı Xaçın siyahısında, yardımla böyüyən,

şəkli

əcnəbi nümayəndəliklərin məzlumlar albomunda – Qaçqın uşağı.

Nə qədər real və təsirli mənzərədir. Şairin hər misrası oxucunun göz yaşına səbəb olur.

Millətini didərgin, məktəbi çadırdan, təqdimatı

adından, soy adından qabaq –

Qaçqın uşağı.

Şairin bu bəndi günahsız uşaqlara qaçqın həyatı yaşadanlara güllə əvəzidir. Bir romanlıq ha- disəni özündə ehtiva edən "Qaçqın uşağı" şeiri iste- dadlı şair qələminin poetik mənzərəsidir.

Şeiri kövrəlmədən oxumaq mümkün deyil.

"Güllə səsi" şeirində şair müharibədə günah- sız körpələrin öldürülməsini insanlığın ağlasığmaz vəhşiliyi kimi təqdim edir.

Bir körpə anasın axtarır hələ, Açılan güllənin alovlarında.

Təzada bax! Güllənin alovunda körpə anasını axtarır. Sözün bitdiyi son an. Şərhə ehtiyac olmayan qandondurucu vəhşilik.

Güllələr körpənin son oyuncağı, güllələr körpənin son dayanacağı.

İçərisi partlayıcı maddədən ibarət olan alda- dıcı uşaq oyuncaqları ilə uşaqların öldürülməsi ba- ğışlanmaz cinayət olduğu şair diqqətindən yayınmır. Həmin oyuncaqlar, həmin güllələr körpələrin son oyuncağı olmaqla bərabər, ömrünün son dayana- cağıdır.

Bu cür hadisənin Xocalıda, Kərkükdə, Mosul- da, Hələbdə, Kabildə, Varşavada, Osvensimdə, Bağdadda, Dəməşqdə və s. şəhərlərdə törədilməsini şair oxucu diqqətinə çəkməklə bərabər, törədilmiş vəhşilikləri bir daha xatırladır. Məqsəd isə təmiz bildiyimiz səmadan körpələr evlərinə, xəstəxanalara yağan mərmilərin qarşısını almaq üçün insanlığı etiraz səsini ucalmağa təşviq edir, şair.

Kitabda vətənpərvərlik şeirləri ilə yanaşı, mə- həbbət mövzusunda olan şeirlər də yer almışdı.

Kitabı oxuyub başa çıxanda görürsən ki, şai- rin istər vətən mövzusunda olsun, istərsə də məhəb- bət mövzusunda özünəməxsus yaradıcılıq yo- lu, üslubu var. Qələmə aldığı mövzuya fərqli bucaq baxımından yanaşan şair, heç kimə yox, ancaq özünə bənzəyir. Bu da onu tam fərqli bir qələm sahibi kimi təsdiq edir.

Müasir oxucunu cəlb etmək çətindir. Gündə sosial şəbəkədə müxtəlif məzmunlu, xüsusən məz- munsuz, ideyasız şeirə qulaq asan "oxucu"nun diq- qətini çəkmək üçün məzmunlu, yeni məna çalarlı sözlərdən istifadə etmək lazımdır.

Kitabdakı məhəbbət məzmunlu şeirlərdən nü- munələr çəkməklə fikrimizi təsdiq edə bilərik.

"Sevgi nəğməsi" şeirində üç obraz var. Aşiq, məşuq və külək. Külək qızın əlindən çətiri qaçırt- mağı ilə aşiqin içini çözərək oxucuya təqdim edir. Yaranmış şəraitdən istifadə edən aşiq qıza olan sevgisini belə izhar edir.

Daha bu əllərim çətirdi sənə,

O mil-mil barmağım pərdələnibdi. Mənim baxışlarım şimşəkdən iti, Bulud pərən-pərən səpələnibdir.

Aşiq şimşəkdən iti olan baxışları ilə qara buludları pərən-pərən edibdi ki, küləyin acığına çətirə ehtiyac olmasın.

Hətta aşiq küləyi boz qayalara çırparaq bir rəqib kimi məhv edibdi. Getdikcə coşan aşiq məhəbbət alovunda alışmağa başlayır və məşuqədən onu söndürməsini tələb edir.

Məşuqə "alovlanan" aşiqi söndürür. Necə?

Onda axırıncı bəndə fikir verək:

Çırpdım küləkləri boz qayalara, Söndür, söndür məni, alışacağam. Mənim coşan sinəm yelkən kimidir, Dəniz dodağından yapışacağam.

Aşiqin coşan yelkən sinəsi məşuqənin dəniz dodağında lövbər salır. Aşiqin arzusu da bu de- yildimi? Sözlərə yeni don geyindirən şair iki sevəni ağlagəlməz bir üsulla qovuşdurur. Müasir oxucu bu şeiri necə sevməsin? Yeni söz, yeni məzmun, yeni ideyadan ilmə-ilmə hörülmüş rəngbərəng xalıya bənzəyir bu şeir.

Kitabda "Sev məni" adlı maraqlı bir şeir istər- istəməz oxucu diqqətini çəkəndir. Ona görə maraqlı şeir deyirəm ki, həmin hissləri gənclikdə hamı ya- şayıb.

Şeirin yazılma tarixinə baxıram, 1982-ci il. Doğum tarixi ilə hesablayanda şeiri şair 24 yaşında yazıbdır. Gəncliyin qaynar, unudulmaz çağında.

Oxucu şeiri oxuyanda misraların arxasından istər-istəməz şairin silueti görünür. Nə deyir şair?

Gördüyün kimi sev məni, necə varamsa,

bax, eləcə sev. Sev indi,

sən bir qəlbi sevindir. Məndən Məcnun olmaz,

Nə səbrim, nə dözümüm var. neçə yüz il yaşamağa.

Məcnun dəvəsi vardı,

dəvəsi qədər də dözümü vardı. Olduğum kimi sev məni, təsəvvürsüz, dəvəsiz, filansız.

"Göründüyün kimi yox, olduğun kimi görün" fikrinin bədii təsdiqidir şeir. Yalandan, riyadan uzaq saf məhəbbət istəyir şair. Şeirdəki təmizlik arzu- istəyi ilə müasirlik arasındakı ziddiyyət və uçurumu həssas oxucu görməyə bilməz. Şeirin 43 il bundan öncə yazılmasına baxmayaraq bu gün də öz ak- tuallığını qoruyub saxlayır. Nə qədər cəmiyyətdə əx- laqi kriteriyalar bugünkü kimi davam edəcəksə, "Sev məni" şeiri oxucuların sevimli əsəri olaraq qala- caqdır. Çünki şeirdə təmiz, ənliksiz, kirşansız sev- gidən söhbət gedir.

"Səni sevdim", "Azıram gecəmin boşluğunda", "Gecəmizə ay doğar", "Belə sevməmişdim" və s. şeirlər bu qəbildəndir.

Kitabda iki poema verilmişdir. Onlardan biri "Adam Mitskeviçin xatirəsinə on nəğmə" adlanır. Görəsən şairi Adam Mitskeviçin xatirəsinə poema həsr etməsinin səbəbi nədir? Səbəb – hər iki şairi dərd birləşdirir. 1798-ci ildə doğulan Adam Mitske- viç ömrü boyu vətənini yadelli işğalçılardan azad olunması üçün mübarizə aparıb. İnqilabçı-şair azad- lıq ideyalarına görə doğma vətənindən didərgin salı- nıb. Fransada, Rusiyada yaşamalı olub. Peterburqda sürgündə olarkən Mirzə Cəfər Topçubaşovla tanış olur. Topçubaşov Adamın bir neçə şeirini fars dilinə tərcümə edir.

Adam Mitskeviç məşhur "Pan Tadeuşin" poe- ma-epopeyasını 1831-ci ildə çap etdirib. Poemanın baş qəhrəmanı Pan Tadeuşinin – protipi Pan Kosyuş- kodur.

Polyak xalqının azadlıq aşiqi olan inqilabçı- şair Adam Mitskeviç 26 noyabr 1855-ci ildə İstanbulda vəfat edib.

Bir ömrü vətəninin azadlığı üçün sərf edən şairə vətənində məzar yeri də qismət olmur. Adam Mitskeviçin bu dərdidir Rəfail Tağızadəni riqqətə gətirib poemanı yazdıran.

Bir dərd var ürəyimdə.

Mitskeviçin misraları kimi, ağı – deyən şair içini göynədən dərdini belə izhar edir.

Mənim doğulduğum yerlər, düşmən əsarətində,

yağı caynağındadı.

Vətən həsrəti mənim

gözlərimin qarasında, ağındadır.

Vətən həsrətli dərdində güzgülənən şair söz- lərinin "gücsüz" olduğunu görüb, köməyə el sına- ğından çıxmış aşağıdakı bayatını çağırır.

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ. Aləm cənnətə dönsə, Yaddan çıxmaz, Qarabağ.

Dərdli dərdlini tez başa düşər. Rəfail Tağı- zadənin taleyi ilə Adam Mitskeviçin taleyində ox- şarı, üst-üstə düşən ağrı nöqtələri çoxdur. Ömrünün çoxunu qürbətdə yaşamağa məcbur olan vətən aşiqi Adam Mitskeviç kimi Rəfail Tağızadə də mənfur düşmənin təzyiqi ilə doğma yurd-yuvasından didərgin salınmışdı. Öz dərdini polyak şairinin dərdinə qatan şairin qələmi ilə "göz yaşı" tökür.

Hər şairin taleyində, bir dar ağacı.

Kəndiri yellənən dar ağacı abidətək ucalır

şair məzarlarında.

Özü dar ağacında çırpınır, şöhrəti quş kimi

havada uçur.

Şair düzgün qənaətə gəlir. Bu gün Varşavanın küçələrində qoyulan abidə Adam Mitskeviçin gecik- miş şöhrətinin təsdiqidir.

Şair Adam Mitskeviçin "Krım sonetləri"ni xa- tırlamaqla Krım tatarlarının da vətəninin işğalda olduğunu qeyd edir.

Şairin tatar və Azərbaycan folklorundan nü- munə çəkdiyi bayatıların nə qədər yaxın və eyni ruhlu olduğunu diqqətə çəkir.

Rəfail Tağızadə poemanın sonunda bir həqiqətə inanır. O həqiqət aşağıdakıdır:

Üzə sevinc yaraşır gəlib gedəndi kədər. Ömrü elə yaşadın, tale getmədi hədər. Sən gözəl nümunəsən bu bəşərə, bu xalqa. Rahat uyu, gələcək, sonda hər kəs bu haqqa. Varşavaya qar yağır, qar yağır ağır-ağır.

Durub uca zirvədə, şair vətənə baxır.

Bəli, bu gün Adam Mitskeviçin heykəli uca zirvədən vətəninin azad olmasına, firavan həyatına baxır.

Rəfail Tağızadə də doğma torpaqlarının otuz ildən sonra düşməndən azad olunaraq çiçəklənməsinə baxıb fərəhlənir. Söylədiklərimizin hər iki şairin oxşar taleləri deyilmi? Bu haqda daha ətraflı sonra.

Kitabda gedən ikinci poema "Qara-qırmızı Xocalı" adlanır. Müəllif belə bir qeyd verir: (Muğam üstündə oxunan ağı).

Lirik səpkidə yazılmış poemanı müəllifin ağı adlandırması düzgün fikirdir. Çünki Xocalının dərdi heç bir ağıya, bayatıya sığası dərd deyil. Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır.

Erməni qaniçənlərinin gecə əliyalın şəhərin üstünə tankla, pulemyotla hücuma keçməsi, dinc əhalini güllədən keçirməsi, insanlığa sığmayan bir hadisə idi.

Şair həmin gecənin qan donduran hadisəsini ürəkağrısı ilə misralarda poetikləşdirir.

Evindən qaçanlar gülləyə qaçır, Analar sinəsin gülləyə açır.

Şaxtada o bayraq körpə əlinin,

İçində don vurmuş bir ümid baxır.

Şaxtalı zülmət bir gecədə özünü itirən adam- lar gülləyə doğru qaçırlar. Ölümü üstün tutanlar er- məni işgəncələrinin şahidi olmaq istəmirlər.

Tökülən insan qanı qar üstdə Xocalı yazır. Qara-qırmızı dərdli Xocalının əsir düşənlərinin başı- na gətirilən müsibətin birinə oxucu diqqətini çəkir şair.

Kəsib anasının, kəsib döşünü, Basır dil açmayan körpə ağzına. Sonra da suçsuz məsum körpəni, Xəncər bıçağıyla vurur divara. Soyur o yapışqan nazik dərisini, Soyur təpəsindən dırnağa kimi... Soyur anasının gözü önündə...

Adamın damarında qanı donur. Faşistlərin atasına rəhmət oxudan erməni cəlladları öz əməl- lərindən zövq alırlar.

2017-ci ildə yazılan poemanın sonunda şair inamla yazır. Və öz yazdığına özü inanmaqla bəra- bər, oxucunu da inandırmağı bacarır.

Min illik tarixi olan Xocalı,

Yerində təzə bir şəhər salacam.

Bax, budur şair uzaqgörənliyi.

Şair, indi arzulanan Xocalı yenidən ucaldılıb. Xocalının bu günündən yaz şair, düşmənə qələminlə dağ çək.

* * *

Rəfail Tağızadənin "Qarabağ – həsrətdən zəfərə" adlı kitabı ilə tanışlıq zamanı müəllifin gözəl nasir olduğunu gördüm.

Bəzi qələm sahibləri "istedad"larını nümayiş etdirmək üçün müxtəlif janrlarda əsərlər yazırlar. Məsələn uzun illər şeir yazan bir də görürsən ki, hekayə, povest, hətta roman yazdı. Az-çox şeirdə olan uğuruna, nəsrə keçməklə kölgə salır. Sözü uzatmaqda məqsədim odur ki, az qələm sahibi poeziyada qazandığı uğuru nəsrdə də saxlaya bilir. Belə istedadlı qələm sahiblərindən biri də şair və nasir Rəfail Tağızadədir. Bunu onun əlimizdə olan yaradıcılıq nümunələri də təsdiq edir.

Məqsəddən uzaq düşməyək. Keçək müəllifin nəsr nümunəsinin daşıyıcısı olan "Qarabağ – həsrət- dən zəfərə" kitabına. Müəllifin hər iki kitabı ilə tanışlıq zamanı oxucu Rəfail Tağızadə yaradıcılığın- da sevincin damla, qəmin, kədərin, dərdin, həsrətin batmanla olduğunu görməmiş olmaz.

Oxucu kimi Qarabağ mövzusunda yazılmış çox əsərlərlə tanışlığım var. Çəkinmədən demək olar ki, Rəfail müəllim kimi heç bir qələm sahibi Qara- bağ ağrısını yaşamayıb. "Qarabağ – həsrətdən zə- fərə" kitabını vərəqləyəndə inana bilmirsən ki, insan, fil çəkə bilmədiyini necə çəkə bilib. Bax, burda müəllifin həsrət nəğmələri "oxuyan" hər misrası qarşısında təəccübdən heyrətlənməyə bilmirsən.

Kitabda lirik səpkidə yazılmış yazıları esse də, hekayə də, gündəlik də adlandırmaq olar. Gün- dəlik adlandırmaq ona görə deyirəm ki, Ağdamın hər daşı, hər ağacı, hər binası və s. ardıcıllıqla bir-bir xatırlanır. Kitabla tanışlıq zamanı oxucuda elə təsəv- vür yaranır ki, müəllif Ağdamın işğal olduğu gündən həsrətin gündəliyini yazıb. Real, inandırıcı və ürək ağrısı ilə.

Hamı doğulduğu ocağı sevir. Amma Rəfail Tağızadənin qələmində çıtır-çıtır alışmaq, yanmaq var. Bu sevgidən çox fəda olmaqdır. Müəllifin nəsr yaradıcılığının hər misrasında doğma ocağa heç kəslə müqayisə olunmayan Məcnunə bir məhəbbətin şahidi oluruq.

Kitabın ilk səhifəsində "Həsrətin yolçusu" şeirində deyilir:

Ay bu yolu gedən yolçu, Yolu, səmti bilirsənmi? O tanınmaz cığırlardın, Kolun izin silirsənmi?

Yağı düşmən tərəfindən uçulub, dağıdılmış abad bir səhəri görən yolçudan şair soruşur: "Dərdlər səni üşüdübmü?" Üşütdü şair. "Yarı sökük divarda oxuyan bəyquşu" görən yolçunu dərd necə üşütmə- sin?

Sonrakı bənddə şair soruşur:

Nə gördün, söylə görüm? Nə dedi qalanlarım?

Duydumu ayaq səsin, Qəbirdə olanlarım?

Şeir 2016-cı ildə yazılıb. Şairin arzusu isə 2020-ci ildə çin oldu. Həmin sevinci qəbirdə olanlar da hiss etdilər və duydular.

Müdriklərin sözüdür: "Dərdli danışan olar". "Qarabağ ağrısı" yazısında müəllif dərdli olmağının səbəbinə güzgü tutur. Mənfur düşmənin tapdağı altında olan Qarabağ bütün Azərbaycan xalqının dərdi idi. Üç on illiyə yaxın bir zaman kəsiyində Qarabağdan söz düşəndə hamını utanc və xəcalət təri bürüyürdü.

Müəllif yazır: "Bu dünyanın içində hər kəsin bir-birinə bənzəməyən öz dünyası var. Mənim dünyam Qarabağdır".

Bəli, Rəfail müəllimin öz Qarabağı var. Qara- bağın qoynunda göz açıb, oranın havasını udub, xoşbəxt uşaqlıq illərini orada keçirib. O torpağın hər daşı, hər ağacı Rəfail müəllim üçün müqəddəsdir. Qarabağla bağlı yazdığı hər bir həsrət nəğməsində Qarabağın müqəddəsliyini önə çəkir.

"Ola bilər ki, Qarabağ bir başqası üçün xəri- tədə kiçik bir torpaqdır. Amma Qarabağ mənim üçün Vətəndir, yurd yeridir, həsrətlə inildəyən, qovrulan yaralı torpaqdır, müqəddəs məkandır. Bir sözlə, hər şeydir. Qarabağ eyni zamanda mənim məğlub adım- dır", – deyən müəllifin kinayəsi çox söz deyir.

Qarabağı xəritədə kiçik torpaq bilənlər, xüsu- sən vəzifə sahiblərinin uşaqları müxtəlif variantlarla aradan çıxdılar. Qarabağı müqəddəs bilənlər isə şə- hid və qazi oldular.

Qarabağ mənim məğlub adımdır, deyən müəl- lif, məğlubiyyətlə barışmır. Yazdığı yazının hər misra və sətrində şimşək olub çaxır. Bütün canı və

qanı ilə müqəddəs Qarabağ torpağının azad olması üçün silahı olan qələminə sarılır.

Ola bilər ki, bəzi üzdəniraq oxucu bizim fikrimizlə razılaşmasın. Bizimlə razılaşmayan həmin oxucu zəhmət çəkib yazıçının kitabını oxusun və onda biləcək ki, o həsrətin, dərdin, qəmin görünmə- yən əzabını çəkib misralara düzən qələm sahibinin özü və qələmi qarşısında bizim təmtəraqlı sözlərimiz çox sönük görünür.

Müəllif Qarabağ ağrısının kulminasiya nöqtə- sini oxucusuna bu cür çatdırır: "Güllələr çox idi, amma məni gülləsindən də çox incidən yayın istisin- də dəmir vaqonun altından asılan beşikdə yırğalanan məsum körpələrin baxış güllələri idi".

Bu ağrıya təskinlik verməkdə söz acizdir. Yuxarıda qeyd etdiyimiz kimi Rəfail Tağızadənin "Qarabağ – həsrətdən zəfərə" kitabı ağrılarla yorğu- lub. Amma içindəki "Hər yerdə seçilənlər" adlı yazı öz ağrıları ilə başqa yazılardan seçilir. Yazı "Qara- bağ qazilərinə" həsr edilib. Yeri gəlmişkən bir məsələni də vurğulayım ki, bu yazıdan mənə də pay düşür. Belə ki, mən də Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıyam.

Yazını oxuyanda min dəfə Allaha şükür etdim ki, müharibənin fəlakətlərini əlli ilə yaxın bədənimdə daşısam da, əzalarım yerindədir. Bu yazı mənə "sağlamlığımı" xatırlatdı.

Müəllifin özü də birinci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün hadisələr gözü önündə baş verib. Reallığı incəliyinə kimi əks etdirən yazılar ilk cümləsindən oxucunu cəlb edir. Lirik səpkidə yazıl- mış yazılar ana-bacıların söylədiyi ağını xatırladır. Yeri gələndə müəllif nəsrin misralarına sığmayan ağrıya bələnmiş hiss və həyəcanlarını poeziyaya çevirib yazının ortasında, yaxud sonunda verməsi, xörəyə atılan duz kimi yazını daha "tamlı" edibdir.

"Qazi toyunda olmamısınızsa, çalışın mütləq olun. Fərqli bir mənzərə ilə qarşılaşacaqsınız. Saq- qallı gələni kim, çəliyi çəliyə döyəni kim. Gətirilib oturdulanı kim, sakitcə oturub susanı kim..."

Böyük ingilis dramaturqu V.Şekspirin böyük- lüyü faciə içərisində gülüş yaratdığı kimi, Rəfail Tağızadənin böyüklüyü isə gülüş, sevinc içərisində faciə yaratmasıdır. Sual oluna bilər ki, necə? Səbrli ol, fikrimizə aydınlıq gətirək.

Müəllif hara gedib? Toya. Toy özü nə demək- dir? Çalmaq, oynamaq, sevinmək. Toya gələn qa- ziləri müşahidə edən yazıçı toyu şənləndirmək üçün çalışan qazilərin tək ayaqla, tək qolla, əlil arabasında oturub əllərini oynatması və s. sevinənləri sevinc içə- risində faciə deyilmi? Bax, bu yazı ilə Rafail Tağı- zadə, Şekspirlə müqayisə olunmağa haqqı çatan qə- ləm sahibidir.

"Qazilərin duyğularını anlamaq, başa düşmək üçün ürəyi, hissiyyatı olmaq gərəkdir. Bir də insan sevgisi".

Müəllif düzgün qənaətə gəlir. Ürəkli, hissiy- yatlı olmaq lazımdır ki, qazilərin ağrılarını başa düşsün və onların istəklərini dəyərləndirə bilsin. Bu gün bəzi naxələflər tərəfindən qazilərə qarşı olan

hörmətsizliklər baş verməkdədir. Sağlamlığını vətən yolunda qoyan adama hamı tərəfindən hörmət edil- məlidir.

Müəllif qazilərin sağlamlıqlarını itirəndən sonra keçdikləri yolu ürək ağrısı ilə aşağıdakı kimi təsvir edir:

"Qazilər də bütün sağlam insanlar kimi yeri- mək, istədiklərini özləri etmək istəyindədirlər. An- caq neyləsinlər ki, bu mümkünsüzdür. İlk günlər utandılar. Uyğunlaşa bilmədilər. Çəliyi necə tutmağı bacarmadılar. Tutmaq istəmədilər...

Qucağına götürə bilmədiyi, O bircə gül körpəsinə baxır. Yaraları açılır, Qanı içinə axır".

Qazilərin ümumiləşdirilmiş bu ağrılarını heç cür həyəcansız oxumaq mümkün deyil. Gül balasını qucağına götürüb sevib, əzizləmək üçün qolları olmayan qazi qardaşımızın yaralarının qanının içinə axması müharibənin törətdiyi faciəsi deyilmi?

Müharibə törədənlərin özləri bu faciəni yaşa- saydılar heç bir vaxt müharibə etmək fikrinə düş- məzdilər. Müharibə insanlığın faciəsidir. Belə bir faciəni ermənilər dinc və günahsız Azərbaycan xal- qına yaşatdılar.

Müəllif "27 sentyabr 2020-ci il" yazısına se- vinclə başlayır. Yazıçı kədərinə son qoyan bu tarix, xalqın səbrinin tükənən ölüm ya olum məqsədinin həll olunduğu gündür.

Xalq, dövlət və ordunun yumruq kimi birgə olduğu gün. Həmin gün – 27 sentyabr 2020-ci il, Azərbaycan tarixinin yeni yazılacaq bir səhifəsinin başlandığı gün. Qoca və cavanın hərbi komissarlıqda orduya yazılmaq üçün növbə günü.

Otuz illik torpaq həsrətinə son qoyulduğunun başlanğıc günü.

Həmin günü istedadlı qələm sahibi Rəfail Tağızadə bu cür qeyd edir: "Sınmış, süstləşmiş qollar silaha sarılmağa qalxırdı. Sallaq başlar dikələrək düşmənə nifrət dolu alovlu baxışlar yollayırdılar. Hamı sanki yenidən doğulmuşdu. Ahıllar da cavan- laşmışdı.

Sönmüş arzular güllə-güllə çiçəkləyirdi. Top- top açılırdı... Yeni həyatın ilk gününə qədəm qoyurduq".

Yazıçının sevincini nümunə çəkdiyimiz yazı- da sözlərə verdiyi rəng və boyalardan da görmək olar. Bu yeni ifadələr yazıçı sevincidir.

Tarixdə nadir hallarda işğal olunmuş torpağı otuz ildən sonra qaytarmaq faktı çox azdır, bəlkə də, heç yoxdur.

Azərbaycan ordusu haqq-ədalət uğrunda apardığı mübarizədə bunu sübut etdi. 44 günlük mü- haribə zamanı bir dəfə də olsun Azərbaycan ordusu geri çəkilmədi. Ancaq qələbə bayrağı əlində addım- addım irəlilədi. Cəbhədə şəhid olanları "toy bay- ramla" qarşılayırdılar. Şəhidin yaxınları hər gün eşitdikləri qələbə xəbərindən qürurlanırdılar ki, şəhi- din qisası qiyamətə qalmadı.

Şuşanın alınması bu gün də çoxlarının təəccü- bünə səbəb olur. "Orduya bu qədər sevgi olma- mışdır" deyən müəllif Şuşa haqqında yazır: "Texniki hesablamaların dəqiqliklə aparılmasını, döyüşçüləri- mizin Şuşaya alpinist kimi qalxıb, özündən dəfələrlə çox düşmənlə kiçik çaplı silahlarla döyüşdə qalib gəlməsini dünyanın aparıcı hərbi ekspertləri, siya- sətçiləri hərb tarixində yeni bir səhifə kimi qiy- mətləndirdilər".

Bu danılmaz faktdır. Atalar sözüdür: "El bir olsa, zərbi kərən sındırar", sözünün işığında baxsaq görərik ki, 44 günlük müharibə zamanı dinindən, millətindən, iqtidar müxalifət olmasından asılı olma- yaraq, hamı əlindən gələni vətən üçün etdi. Bu birliyin əsas səbəbi hamının içində olan vətən sev- gisi, Qarabağ həsrəti idi.

Xalqın arzu-diləyi kimi gündən-günə çiçək- lənən Qarabağ qollarını geniş açaraq doğmalarını sinəsinə sıxmaqdan zövq alır.

8 noyabr Zəfər bayramı Qarabağın doğum günüdür. Bayramlar içərisində xalqın ən çox sevdiyi, əzizlədiyi gündür, 8 noyabr.

Bu Zəfər bayramının bayrağının dalğalanması üçün minlərlə oğullar şəhid və qazi oldu. Qarabağ torpağının hər qarışı müqəddəsdir. Qarabağ torpa- ğında açan lalələr şəhid qanı ilə suvarılıbdır.

Yazını müəllifin "Şəhidim" adlı yazısı ilə yekunlaşdırmağı qərarlaşdırdıq. Çünki ən gözəl son-

luğu müəllif özü deyir. Bu sonluğa əlavə etməyə ehtiyac duymadım:

Ucalan bayrağa baxan var, Bayrağı öpüb and içən var...

...Sən vətən üçün şəhadətə qovuşdun, Ucaltmaq istədiyin bayraq qədər ucaldın. Bu sevginin ən yüksək məqamıdır,

İnsan şəhidliyi ilə ucalır.

...Sən tarix yazdın.

Tarix səninlə yazılacaq.

Şəhidin milləti olmur.

Şəhidin Vətəni olur.

Vətənin şəhidi olur.

Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır.

Əbədiyyətin mübarək, ŞƏHİDİM!"

Rəfail Tağızadənin "Qarabağ – həsrətdən zə- fərə" kitabı haqqında qısa qeydlərimizi etdik. Dər- dinə güzgü tutan şair-nasir çox şükürlər olsun ki, o güzgüdə sonda sevinc gördü və oxucunu da sevindirə bildi. Arzu edirik bu sevinc əbədi olsun.

Müəllifin "Şəhərim" adlı şeiri ilə sevincinə biz güzgü tutmağı qərarlaşdırdıq.

Sən muğam nəfəslisən, Həm zili, həm pəsisən. Qarabağın səsisən,

Mənim səda şəhərim.

Mənim əda şəhərim,

Mənim muğam şəhərim. Mənim Ağdam şəhərim.

Rəfail müəllim, arzu edirik qalan ömrünü uzun illər həsrətini çəkdiyin Ağdamda, ata ocağında keçirəsiniz. Çəkdiyiniz o ağrı-acıları unudasınız və qələminiz qəmdən-kədərdən uzaq ola, ancaq sevgi nəğmələri yaza.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see692

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see165

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see132

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see116

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see115

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri