Icma.az
close
up
RU
Dərinin qocalmasının qarşısını alan vitamin

Dərinin qocalmasının qarşısını alan vitamin

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaponiyalı tədqiqatçılar C vitamininin dəri qocalmasını necə ləngitdiyini ortaya çıxarıblar: bu vitamin dəri hüceyrələrinin böyümə və yenilənməsinə cavabdeh olan genləri aktivləşdirir və bununla da genetik mexanizmlərə təsir edir.

Redaktor.az xəbər verir ki, bu haqda məlumat "Journal of Investigative Dermatology" (JID) jurnalında dərc olunub.

Yaş artdıqca dərinin üst qatını təşkil edən epidermis nazilir və qoruyucu funksiyalarını daha pis yerinə yetirməyə başlayır. Epidermisin əsasını keratinositlər — dərinin alt qatlarında formalaşan və yuxarıya doğru hərəkət edərək qoruyucu səth yaradan hüceyrələr təşkil edir. Yeni tədqiqat göstərib ki, C vitamini bu hüceyrələrin fəal bölünməsini stimullaşdırır, nəticədə epidermis qalınlaşır və dəri öz qoruyucu funksiyalarını bərpa edir.

Tədqiqat Tokionun Metropoliten Gerontologiya İnstitutu, Hokuriku Universiteti və ROHTO şirkətindən olan alimlərin iştirakı ilə aparılıb. Onlar müəyyən ediblər ki, C vitamini DNT-də demetilləşmə prosesini işə salır — yəni DNT-nin bəzi sahələrindən metil qruplarının çıxarılmasına səbəb olur, bu da genlərin daha fəal olmasına imkan yaradır. Nəticədə dəri hüceyrələrinin böyüməsi və bölünməsi üçün zəruri olan zülalların sintezi sürətlənir.

Tədqiqat rəhbəri, doktor Akihito İşiqami bildirib: “Aparılan təcrübələr göstərdi ki, C vitamini ilə müntəzəm təsirdə epidermisin qalınlığı artır və fəal bölünən hüceyrələrin sayı çoxalır. Bu, xüsusilə yaşı çox olan insanlar və dərisi nazikləşmiş və ya zədələnmiş şəxslər üçün mühümdür”.

Təcrübələr zamanı insan dərisini təqlid edən xüsusi modellərdən istifadə olunub. Bu modellərin üzərinə orqanizmdəki təbii səviyyələrə uyğun konsentrasiyada C vitamini tətbiq edilib. Artıq 7–14 gün ərzində alimlər dərinin daxili qatında nəzərəçarpacaq qalınlaşma qeydə alıblar.

Bundan əlavə, C vitamini TET fermentləri ailəsinə də kömək edir — bu fermentlər metil qruplarını DNT-dən silməkdən məsuldur. C vitamini bu fermentlərin fəaliyyətini təmin edən dəmir molekullarını bərpa edir və onların aktivliyini dəstəkləyir.

Alimlər hesab edirlər ki, bu kəşf dərini daxildən bərpa etməyə qadir yeni dəriyə qulluq vasitələrinin hazırlanmasına yol aça bilər. C vitamini əsasında hazırlanan preparatlar dərinin strukturunu və funksiyasını hüceyrə səviyyəsində yaxşılaşdıraraq yaşla bağlı dəyişikliklərə qarşı effektiv vasitəyə çevrilə bilər.

Xədicə BAXIŞLI
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri