Icma.az
close
up
RU
Dərinin solması (qocalması)

Dərinin solması (qocalması)

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dərinin qocalması – təbii proses olub bütün orqanizmin qocalması ilə əlaqədardır.

İnsan yaşa dolduqca dərialtı piy toxuması azalmağa başlayır, dəri hüceyrələri getdikcə oksigen və qidalandırıcı maddələri daha az miqdarda mənimsəməyə başlayır.

Bundan savayı, dəridə daha az miqdarda kollagen və elastin lifləri istehsal olunur. Bütün bunların nəticəsində dəri öz möhkəmlik və gərginliyini itirərək sallanır və qırışmağa başlayır. Dəridə qırışların əmələ gəlməsi tədricən baş verir. Qırışlar əvvəlcə alında, daha sonra burundan çənəyə doğru istiqamətdə, gözlərin xarici kənarlarında, daha sonda isə boyunda, burunun üstündə, çənədə və üst dodaqda əmələ gəlir. Dəridə qırışların əmələ gəlməsi prosesi, adətən, 25 yaşından sonra - kimlərdəsə bir qədər tez, kimlərdəsə gec - başlayır. Bəs bu nə ilə əlaqədardır? Bunun bir çox səbəbləri vardır ki, bunlardan da ən əsası irsiyyətdir. Dərisi yağlı olan insanlarda qırışlar quru dərisi olanlara nisbətən xeyli gec əmələ gəlir. Dərinin qocalmasını dəriyə düzgün qulluğun olmaması, qeyri-düzgün qidalanma, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi, streslər, yuxusuzluq, xəstəliklər və s. səbəblər sürətləndirir.

Məlumdur ki, siqaret çəkən qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur. Bu hal dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Çoxlu miqdarda siqaret çəkənlərin dərisi də öz normal rəngini dəyişərək boz-sarı olur. Yuxunun kifayət qədər olmaması ümumi orqanizmi sarsıtdığı kimi, dəriyə də öz mənfi təsirini göstərir. Alimlər təsdiq edirlər ki, yaxşı və sağlam dəriyə malik olmaq üçün qadınlar gün ərzində 8 saat yatmalıdırlar. Dəridə qırışların əmələ gəlməsində mimika də böyuk rol oynayır. Mimikası güclü olan qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Həddən artıq kökəlmə və daha sonra kəskin şəkildə arıqlama dəriyə pis təsir edir – dəri dartılır, elastikliyini və möhkəmliyini itirir. Arıqlamaq üçün pəhriz tutmağa müraciət etmək istəyən qadınlar bu barədə də düşünməlidirlər.

Dəriyə düzgün şəkildə qulluq edilməməsi, kosmetikadan həddindən artıq dərəcədə istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur. Üzün tez-tez sabunla yuyulması, tərkibində spirt olan lasyonların dəriyə sürtülməsi son nəticədə dərinin nəmliyinin itirilməsinə, onun qurumasına və erkən qocalmasına səbəb olur. Dəridə qırışların yaranmasının qarşısını almaq üçün, bunun əksinə olaraq, hər bir vasitə ilə dəridə nəmliyi qoruyub saxlamaq lazımdır. Bu məqsədlə müxtəlif nəmləndirici kremlərdən (yağlı dəridən başqa) daima istifadə etmək lazımdır. Əksər insanlar həddindən artıq yağlı kremlərdən tez-tez istifadə etməklə də səhvə yol vermiş olurlar. Onların dərisi bu kremlərə öyrəşdiyi üçün öz piyini daha az ifraz etməyə başlayır. Bu da son nəticədə dərinin daha güclü şəkildə qurumasına və qocalmasına, qırışların əmələ gəlməsinə səbəb olur.

Kosmetik vasitələrə gəldikdə, qeyd etmək lazımdır ki, daimi olaraq tonal kremlərdən və krem-pudralardan istifadə edilməsi də erkən qırışların əmələ gəlməsinə səbəb olur. Belə ki, onların təsiri nəticəsində dəri məsamələri tutularaq onun “nəfəs almasına” mane olur, dəridə gedən mübadilə proseslərini pozaraq onun qurumasına səbəb olur. Beləliklə, hər zaman gözəl, təravətli və cavan qalmaq istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən minimal şəkildə istifadə etməyə çalışın!

Dərinin bir “düşməni” də günəş şüalarıdır. Tez-tez solyariya getdikdə və uzun müddət ərzində açıq günəş şüaları altında olduqda dərinin quruması və erkən dəri qırışlarının əmələ gəlməsi baş verir. Buna görə də günəşli havada çölə çıxarkən dərinizə mütləq günəşdən qoruyucu kremlər çəkmək və günəşdən qoruyan eynəklərdən istifadə etmək tövsiyə olunur.

Üz dərisinin qocalmasına qarşı aparılan mübarizə - bədənin ümumi qocalmasına qarşı aparılan mübarizədir. Bu isə əsasən aşağıdakılardan ibarətdir:

- düzgün qidalanma (müxtəlif çeşidli qidalar, kifayət qədər meyvə, tərəvəz, giləmeyvə və s. qəbul edilməsi);

- kifayət qədər fiziki hərəkətlilik;

- kifayət qədər yuxu, gündəlik olaraq açıq havada olmaq;

- vitamin-mineral kompleksli preparatların qəbul edilməsi, zərərli adətlərdən (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) imtina edilməsi və s.

Alimlər dəridəki qırışların bizim qəbul etdiyimiz meyvə və tərəvəzlərin miqdarı ilə asılılığını da müəyyən etmişlər. Aydın olmuşdur ki, daha çox meyvə və tərəvəz qəbul edənlərin dərisində, onları az qəbul edənlərə nisbətən dəri qırışları daha az olur. Bu məqsədlə qırmızı rəngli meyvə və tərəvəzlər (çuğundur, bibər, pomidor, qırmızı alma və s.), bütün sitrus meyvələri (qreypfrut, limon, portağal, mandarin) daha çox effektə malikdirlər. Bunun əsas səbəbi isə onların tərkibində daha çox antioksidantların (qocalma prosesini ləngidən maddələr) olmasıdır.

Meyvə və tərəvəzlərdən savayı, müxtəlif dəniz məhsulları da qocalma əleyhinə yüksək effektə malikdirlər. Bu məqsədlə həmçinin xeyli maye də qəbul etmək lazımdır ki, həm bütün orqanizminiz, həm də dəriniz kifayət qədər nəmliliyə malik olsunlar. Gün ərzində 1,5-2 litrə qədər maye içmək lazımdır (şorbalar daxil olmaqla).

Əlbəttə ki, heç bir vasitə ilə dəridə qırışların yaranmasının qarşısını almaq olmaz. Ancaq onların yaranması vaxtını xeyli uzatmaq olar. Bu isə əsasən bizim özümüzdən asılıdır. Bir çoxları böyuk səhvə yol verərək dəriyə qulluq edilməsini dəridə xeyli qırışlar əmələ gələndən, artıq o, müəyyən qədər qocaldıqdan sonra başlayırlar. Əslində isə, dərinin cavanlığını qorumaq üçün ona düzgün şəkildə qulluq edilməsi prosesinə dəri hələ hamar, möhkəm və zərif olduğu vaxtlardan başlamaq lazımdır. 25 yaşlarına qədər dəriyə xüsusi qulluq tələb olunmur. Bu yaşadək onu düzgün təmizləmək, nəmləndirmək və qidalandırmaq kifayət edir. 25 yaşından sonra isə dəriyə daha aktiv şəkildə qulluq etmək tələb olunur. Bu zaman əsas məqsədlərdən biri, yaş əleyhinə effektə malik olan müxtəlif krem və maskalardan istifadə etməklə, dəridə ilkin qırışların yaranmasının qarşısını almaqdan ibarətdir. 30 yaşından sonra isə nəmləndirici krem və maskalarla birlikdə, belə effektə malik olan maska və kremləri də daimi olaraq istifadə etmək lazımdır. Kosmetoloji vasitələrdən savayı, 30 yaşından sonra üz dərisinin masajı və fiziki hərəkətləri də.

Hazırki dövrdə kosmetoloqlar tərəfindən çoxlu sayda cavanlaşdırıcı kosmetoloji maskalar (tərkibində retinol, kollagen, vitaminlər, antioksidantlar, fitohormonlar və s.) hazırlanmışdır. 30 yaşından sonra onlardan həftədə 2 dəfə olmaqla (nə az, nə də çox tezlikdə) daimi şəkildə istifadə etmək lazımdır. Çox yaxşı cavanlaşdırıcı effekt verən bu maskalar dərini hamarlaşdırır, daha təravətli edərək onun əvvəlki sağlam görünüşünü qaytarır. Ev şəraitində də kifayət qədər effektli maskaları hazırlamaq olar. Daimi olaraq istifadə edildikləri təqdirdə bu maskalar da yaxşı nəticə verə bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri