Icma.az
close
up
RU
Dərinin quruluşu

Dərinin quruluşu

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır.

Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.

Epidermis hüceyrələrinin tam şəkildə yenilənməsi 26-28 gün ərzində baş verir. Buna görə də dəriyə qulluq edilməsi üçün istifadə edilən kosmetoloji vasitələrin (kremlər, maskalar və s.) effekti də çox tez olmur. Bu effekt yalnız köhnə dəri hüceyrələri müalicəvi tərkiblərin təsirinə məruz qalan yeni hüceyrələrlə tam şəkildə əvəz olunandan sonra (yəni 1 aydan sonra) baş verəcəkdir.

Alimlər müəyyən etmişlər ki, dərinin qocalması prosesi cinsi yetkinlikdən sonra başlayır. Məhz buna görə, dəriyə daimi olaraq düzgün qulluq edilməsinə 17-18 yaşlarından başlamaq lazımdır ki, o da cavan və sağlam qalsın. 25-30 yaşlarından sonra dərinin qocalması sürətləndiyi üçün, xüsusi vasitələrdən (cavanlaşdırıcı kremlər, maskalar, masaj, xüsusi qimnastika və s.) istifadə edilməsi vacib hesab edilir.

Derma (dərinin özü) – dərinin daha qalın qatıdır (2,5 mm-dək). Derma bir-biri ilə çarpazlaşaraq özunəməxsus karkas (tor) əmələ gətirən zülal tərkibli kollagen və elastin liflərdən ibarətdir ki, bizim dərimiz sanki onun üzərinə “dartılmışdır”. Dərinin tarım və elastik və ya qırışıq və cansız olması da məhz bu liflərin vəziyyətindən asılı olur. Kollagen liflər nəmliyi həm özlərinə hopdurur, həm də toplayırlar. Onlarda nəmlilik nə qədər çox toplanırsa, bizim dərimiz də o qədər hamar və elastik görünür.

Derma qatının ikinci vacib vəzifəsi – epidermisin oksigen və qida maddələri ilə (vitaminlər, zülallar, mineral maddələr, mikroelementlər və amin turşuları) təmin edilməsidir. Epidermis qatının özündə qan damarları olmur. Derma qatı isə çoxlu sayda xırda kapilyarlarla zəngin olduğu üçün qida maddələri ilə yaxşı təmin edilir. Epidermis və derma qatları bir-biri ilə sıx şəkildə əlaqəlidirlər. Ancaq insan orqanizminin qocalması ilə bu əlaqə getdikcə zəifləməyə başlayır. Bunun nəticəsində epidermis qatı getdikcə daha az miqdarda oksigen və qida maddələri alır ki, bu səbəbdən də insanın dərisi qocalır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri