Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Dərinləşən strateji tərəfdaşlıq, genişlənən iqtisadi əməkdaşlıq ŞƏRH

Dərinləşən strateji tərəfdaşlıq, genişlənən iqtisadi əməkdaşlıq ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. İlham Əliyev rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Azərbaycan–Gürcüstan münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini əhatəli şəkildə ifadə edib. Regional əməkdaşlıq, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq dəstək kimi mühüm istiqamətləri xüsusi olaraq vurğulayıb.

Azərbaycan Prezidenti Gürcüstanın dinamik iqtisadi inkişafı məsələsinə toxunarkən bu ölkədə son illərdə müşahidə olunan sürətli tərəqqini yüksək qiymətləndirib. Bildirib ki, qonşu ölkənin iqtisadiyyatında aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və regional layihələrdə fəal iştirak ölkənin inkişaf tempini artırıb. Bu inkişaf həm də Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.

“Azərbaycan-Gürcüstan münasibətlərinin kökləri qədim dövrlərə gedib çıxır. Ticarət yolları, xüsusilə İpək Yolunun keçdiyi ərazilər bu iki xalq arasında iqtisadi və mədəni əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Orta əsrlərdən başlayaraq, hər iki xalq müxtəlif imperiyaların təsiri altında yaşasa da, öz milli kimliyini qoruyaraq bir-birinə qarşı dost münasibətini saxlamışdır. Bu ənənə müasir dövrümüzdə də uğurla davam etdirilir”, deyən Azərbaycan Prezidenti əlavə edib ki, müstəqillik dövründə Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu çərçivəsində Gürcüstanla əlaqələrin inkişafına xüsusi önəm verilib. Onun uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında siyasi dialoq gücləndirilmiş, enerji və nəqliyyat sahələrində strateji əməkdaşlığın təməli qoyulub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər regional layihələr məhz bu siyasətin uğurlu nəticəsi kimi tarixə düşüb.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan qazı bu gün 16 ölkəyə ixrac edilir və bu ixrac marşrutunun başlanğıc nöqtəsi məhz Gürcüstandır. Bu fakt Gürcüstanın enerji tranziti sahəsində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

Əsas diqqət çəkən mövzulardan biri isə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) olub. Bu marşrut Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropa bazarlarına çıxışı təmin edir. Mövcud geosiyasi şəraitdə bu dəhliz alternativ və etibarlı ticarət yolu kimi əhəmiyyətini daha da artırıb.

Səfər zamanı tərəflər həmçinin bir sıra istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar. Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, enerji layihələri və tranzit imkanlarının artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi, regional sabitlik və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüş zamanı qeyd edilib ki, Azərbaycan və Gürcüstan artıq uzun illərdir ki, enerji və nəqliyyat sahəsində strateji tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr bu əməkdaşlığın əsas sütunları hesab olunur.

Bu səfər bir daha onu göstərir ki, Bakı və Tbilisi Orta Dəhliz vasitəsilə regionu qlobal ticarətin mühüm qovşaqlarından birinə çevirməyə çalışır. Bu isə həm iqtisadi inkişaf, həm də geosiyasi baxımdan hər iki ölkənin rolunu daha da gücləndirə bilər. Enerji əməkdaşlığının digər mühüm aspekti qarşılıqlı etimad və etibarlı tərəfdaşlıqdır. Azərbaycan və Gürcüstan beynəlxalq enerji layihələrində hər zaman məsuliyyətli tərəfdaş kimi çıxış edərək bu etibarı qoruyub saxlayıblar. Bu isə öz növbəsində beynəlxalq investorların regiona marağını artırıb.

Enerji sahəsində əməkdaşlıq son illərdə yeni istiqamətlər üzrə də genişlənir. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri aktuallığını qorumaqdadır. Azərbaycanın bərpa olunan enerji potensialının inkişaf etdirilməsi və bu sahədə Gürcüstanla birgə layihələrin həyata keçirilməsi regionun enerji xəritəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Nəticədə bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə, strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına və regionda sabitliyin güclənməsinə mühüm töhfə verib. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafında, həm də Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayan hadisə kimi tarixə düşüb.

Nazim Eyvazov,
YAP Şərur rayon təşkilatının Tənənəm kənd ərazi ilk partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri