Icma.az
close
up
RU
Dərinləşən əməkdaşlıq ŞƏRH

Dərinləşən əməkdaşlıq ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri bir sıra məqamlarla yadda qaldı. Bu səfər onu göstərdi ki, Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq, siyasi və iqtisadi münasibətlərdə mövcud əməkdaşlıq daha da dərinləşir. Əməkdaşlığın tarixi keçmişinə nəzər salsaq görərik ki, Ukrayna mühüm məsələlərdə Azərbaycanın yanında olub və beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini daim dəstəkləyib. Eynilə Azərbaycan təmsil olunduğu BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Ukraynaya dəstəyi ilə fərqlənib.

İki ölkə arasında hümanitar yardımlaşma məsələsində də vahid mövqedən çıxışı edir. Təsadüfi deyil ki, Ukraynada davam edən müharibənin fonunda bu ölkəyə hümanitar yardım göstərən ölkələr arasında Azərbayan xüsusilə fərqlənir. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin görüş sonrası mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər siyasi əhəmiyyəti baxımından bir sıra məqamları özündə ehtiva edir. Dövlət başçısı bəyanatında qeyd edib ki, Azərbaycanla Ukraynanın əməkdaşlığının güclü siyasi təməli var: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

Dövlət başçısı onu da bildirib ki, energetika sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.

Baş tutan səfər onu deməyə əsas verir ki, Azərbaycan və Ukrayna arasında olan münasibətlər məzmunca yeni mərhələyə qədəm qoyur. Bu əməkdaşlıq zaman keçdikcə dərinləşir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri