Dərmanlarınızın təhlükəsizliyi necə qorunur?
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində idxal proseduru zamanı dərman vasitələrinin yoxlanılması iki mərhələdə aparılır”.
Bakıvaxtı.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Çingiz Şükürov deyib.
Onun sözlərinə görə, birinci mərhələdə dərman vasitələrinin idxal sənədləri, qeydiyyat vəsiqələri, qablaşmaları və içlik vərəqələri yoxlanılır, 2-ci mərhələdə isə onların laborator ekspertizası aparılır:
“Laborator analizlər zamanı dərman vasitəsi nümunələrinin keyfiyyət parametrləri yoxlanılır. Dərmanların keyfiyyət göstəricilərinin yoxlanılması Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrinin keyfiyyət parametrləri müxtəlif fiziki, fiziki-kimyəvi və müasir instrumental analiz üsullarından istifadə edilərək yoxlanılır. Ekspertiza yekunlaşdıqdan sonra hər bir dərman vasitəsinin seriyasına uyğun olaraq, idxalçı şirkətə uyğunluq haqqında analiz sertifikatları təqdim edilir. Hər hansı göstəricidə uyğunsuzluq aşkar edildikdə isə, uyğunsuzluq haqqında analiz sertifikatı şirkətə təqdim edilir və həmin məhsulun ölkəyə idxalına icazə verilmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 İyun 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















