Icma.az
close
up
RU
Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur?

Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər baş verən yanğın hadisələri, insanların bu faciədə həyatlarını itirmələri bəzi suallar yaradır.

Paytaxtdakı binaların neçə faizində ehtiyat yanğın çıxışı var?

Maraqlıdır, binalar inşa edilərkən hansı təhlükəsizlik qaydaları nəzərə alınır? Memar Elçin Əliyev mövzu ilə bağlı qeyd edib ki, son 100 ildə tikilən binalarda yanğın çıxışları layihədə nəzərdə tutulur və həyata keçirilir:

"Amma təəssüf ki, tikintidən sonra qaydalara nəzarət olunmur. Yanğın çıxışları çox vaxt zəbt olunur - istər yeni tikililərin, istərsə də tarixi binaların birinci mərtəbələri. Restoranlar, barlar, mağazalar - hamısı bu yerləri zəbt edir".

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, köhnə binalarda yanğın təhlükəsi daha yüksək olur:

"Bunun əsas səbəbi pilləkən qəfəslərinin açıq olmasıdır. Yeni binalarda isə yanğına davamlı qapılar quraşdırılır və tüstünün yayılmasının qarşısını alan sistemlər mövcuddur. Köhnə binalarda bu sistemlər olmadığından yanğın çox qısa müddətdə bütün mərtəbələri bürüyə bilir. Təəssüf ki, belə binalarda yaşayan insanların əksəriyyəti təxliyə yollarını və davranış qaydalarını da bilmir".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, respublika ərazisində yerləşən çoxmənzilli yaşayış binaları müvafiq layihə əsasında inşa olunsa da, layihələrdə binaların təxliyə çıxışları yanğın əleyhinə tələblərə uyğun nəzərə alınsa da, yoxlamalar zamanı binaların bir hissəsində ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmadığı müəyyən olunub. Mütəxəssislər sahibkarların bütün təhlükəsizlik tədbirlərinə riayət etməli olduğunu, binada hər hansı dəyişiklik edildikdə mütləq aidiyyəti qurumlara məlumat verməyi və ya memarla məsləhətləşmələr aparmağı vacib bilirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri