Icma.az
close
up
RU
Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? TƏBİB dən açıqlama

Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? TƏBİB dən açıqlama

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi sistemli yanaşma əsasında həyata keçirilir. Bu məqsədlə pasiyentin düzgün identifikasiyası, yıxılma risklərinin qiymətləndirilməsi, cərrahi müdaxilələrin təhlükəsizliyinin təmin edilməsi, böhran vəziyyətlərinə operativ müdaxilə, infeksion nəzarət və digər təhlükəsizlik tədbirləri tətbiq olunur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, stasionar müalicə alan pasiyentlərin düzgün identifikasiyası üçün qolbaqlardan istifadə edilir. Qolbağın üzərində pasiyentin xəstə qeydiyyat nömrəsi, adı, soyadı və doğum tarixi əks olunur. Anamnezində allergiya qeyd edilən pasiyentlər üçün qırmızı rəngli qolbaqdan istifadə olunur. Yenidoğulmuşlarda isə qız və oğlan uşaqları üçün müvafiq rəngli qolbaqlar tətbiq edilir.

Həmçinin pasiyentlərin yıxılma riskinin qarşısının alınması məqsədilə yaş qruplarına uyğun qiymətləndirmə aparılır. Müvafiq yıxılma riski şkalalarından istifadə olunur və yüksək riskli pasiyentlər müəyyən edilərək müvafiq ehtiyat tədbirləri görülür.

Cərrahi müdaxilələr zamanı isə cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsindən istifadə edilir. Bu vasitə tibbi müdaxilənin düzgün və təhlükəsiz aparılmasına, mümkün səhvlərin və fəsadların, o cümlədən cərrahi müdaxilə ilə əlaqəli ölüm hallarının azaldılmasına xidmət edir.

Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Müxbir - Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri