“Dərs Evi” və “Bakı Psixologiya Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Dərs Evi” ilə “Bakı Psixologiya Mərkəzi” arasında qarşılıqlı əməkdaşlığa dair rəsmi müqavilə imzalanıb.
“Bakı Psixologiya Mərkəzindən APA-ya verilən məlumata görə, müqavilə çərçivəsində mərkəzin peşəkar psixoloqları “Dərs Evi”nin şagirdləri və valideynləri üçün fərdi və qrup formatında psixoloji dəstək proqramlarının, eləcə də müxtəlif təlim və seminarların təşkilini həyata keçirəcəklər.
Əməkdaşlıq çərçivəsində həmçinin “Dərs Evi”nin müəllim və idarəetmə komandası üçün peşəkar inkişaf, iş mühitində psixoloji rifah və kommunikasiya bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu əməkdaşlıq sayəsində “Dərs Evi”nin komandası, şagirdləri və valideynləri üçün psixoloji seanslarda xüsusi endirimli qiymətlər tətbiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















