Icma.az
close
up
RU
Dərs qrafiki dəyişir? İstirahət günü də...

Dərs qrafiki dəyişir? İstirahət günü də...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunmasının mümkün olub-olmaması müzakirə olunub.
Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a bildirib ki, o, dərslərin şənbə gününə salınmasının əleyhinədir:
"Bununla belə, mövzuya daha real yanaşdıqda, bu qərarın həm müsbət, həm də mənfi cəhətlərinin olduğunu görürük. Şənbə günü dərslərin keçirilməsi təkcə təşkilati qərar deyil, eyni zamanda təhsil keyfiyyəti, şagird və müəllim rifahı, eləcə də cəmiyyətin təhsil prosesinə münasibəti baxımından kompleks təsirlərə malik bir mövzudur. Müsbət tərəflərdən biri dərs yükünün daha balanslı bölüşdürülməsi ola bilər. Həftə ərzində məktəb tədbirləri, bayramlar və ya müxtəlif fasilələr səbəbilə itirilən dərs saatları şənbə dərsləri hesabına kompensasiya edilə və tədris planının icrası təmin oluna bilər".
O, bildirib ki, bundan əlavə, şənbə günü daha geniş mövzu işləmək imkanı yarada, şagird və müəllimlər üçün nisbətən daha rahat qrafik formalaşdıra bilər:
"Lakin bu yanaşmanın əsas mənfi tərəfi yorğunluq və motivasiyanın azalmasıdır. Həftə içi artıq kifayət qədər dərs yükü olan şagirdlər üçün şənbə günü əlavə dərslər həm psixoloji, həm də fiziki yorğunluq yarada bilər ki, bu da mənimsəmə və ümumi effektivliyə mənfi təsir göstərə bilər. Şənbə günü dərs mühitində tələb olunan enerji və diqqətin təmin olunması daha çətin olur. Tədqiqatlar da göstərir ki, dərs və istirahət arasında düzgün balans tədrisin keyfiyyətinə müsbət təsir edir. Bu qərar şagird və müəllimlərin cədvəlinə də birbaşa təsir göstərir".
Ekspert bildirib ki, şagirdlər üçün ailə və sosial həyat balansı xüsusi əhəmiyyət daşıyır:
"Həftə sonunun dərslərə ayrılması sosial və ailə fəaliyyətlərini məhdudlaşdıra, xüsusən də kiçik yaşlı şagirdlər üçün əlavə yük yarada bilər. Onsuz da dərsdənkənar məşğələlər, repetitorluq və ev tapşırıqları arasında tarazlığı qorumaq çətinləşir. Müəllimlər üçün də bu, əlavə yüklənmə deməkdir. Şənbə dərsləri onların istirahət və dərsə hazırlıq vaxtını azaldır ki, bu da motivasiya və hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər. Buna görə də, əgər bu model tətbiq ediləcəksə, mütləq elmi əsaslandırmaya söykənməlidir. Beynəlxalq təcrübə, tədqiqatlar və geniş ictimai müzakirələr nəzərə alınmalı, valideynlərin, müəllimlərin, psixoloqların və təhsil ekspertlərinin fikirləri dinlənilməlidir".
Onun sözlərinə görə, əgər əsas məqsəd itirilən dərs saatlarının kompensasiya edilməsidirsə, bunu başqa yollarla da həll etmək mümkündür:
"Məsələn, həftə içi dərs saatlarının tədricən artırılması, uzadılmış gün proqramları, layihə və laboratoriya dərslərinin daha çevik şəkildə planlaşdırılması alternativ variantlar ola bilər. Nəticə olaraq, şənbə günü dərslərin keçirilməsi yalnız müəyyən şərtlər daxilində və müvəqqəti həll kimi real seçim sayıla bilər. Lakin bu qərarın təhsil keyfiyyətinə, şagird və müəllim rifahına, eləcə də sosial həyat balansına zərər verməyəcəyi diqqətlə təhlil edilməlidir. Tətbiqdən öncə faydalar real şəkildə qiymətləndirilməli, sınaqlar və müzakirələr aparılmalı, yalnız bundan sonra sistemli formada həyata keçirilməlidir".
Qeyd edək ki, dərslərin şənbə günləri ilə kompensasiyası mövzusu hələ müzakirə olunur. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri