Icma.az
close
up
RU
Dərs yükü uşaqların psixikasını necə çökdürür?

Dərs yükü uşaqların psixikasını necə çökdürür?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu gün təhsil sahəsində mövcud olan əsas problemlərdən biri də dərs proqramının ağırlığı və şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsindir.

Aparılan tədqiqatlar göstərir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Sagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də narahat edir.

Bir çoxları hesab edir ki, uşaqların həddən çox ev tapşırığı ilə yüklənməsi artıq onların istirahətinə də mənfi təsir etməyə başlayıb. Valideynlərin fikrincə, tapşırıqların həddən artıq verilməsi nəticəsində uşaqlar öz yaşlarına uyğun olaraq oyun oynamaq, istirahət etmək kimi imkanlarını itirir. Bu isə uşaqların “uşaqlıq dövrünü tam yaşaya bilməməsi” təhlükəsini gündəmə gətirir.

Bəs dərs yükünün ağırlığı uşaqların psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki, ev tapşırıqlarının çoxluğu uşaqlarda mənəvi yüklənmə yaradır:

“Uşaqların ev tapşırıqlarının çox olması uşaqlarda mənəvi yükün artmasına, psixoloji və duyğusal gərginliyə səbəb olur. Zamanlarını rahat bölüşdürə bilmədikləri üçün uşaqlarda mənəvi yüklənmə yaranır. Dərslərin çox olması nəticəsində uşaqlarda “dərsdən küsmə” əmələ gəlir və onlar artıq dərs oxumaq istəmirlər. Dərslərin çoxluğu uşaqlarda təhsilə olan marağı azaldır”.

O qeyd edib ki, bir çox valideyn tətbiq olunan yeni sistemdən məlumatlı deyil:

“Valideynlər gün ərzində keçirdikləri stresdən asılı olmayaraq, indiki uşaqlara yüklənən təhsilin ağırlığını çox vaxt anlamırlar. Çünki valideynlərin çoxu bu cür tədris sistemi ilə üzləşməyib, hazırda kurikulum sistemi tətbiq olunur. Nəzərə alsaq ki, valideynlərin ali təhsilli və ya ali təhsilsiz olanları var, bütün hallarda onlar belə uşaqlara dərsin tədrisində əlavə əziyyət çəkirlər.

Ona görə də Elm və Təhsil Nazirliyi bu vəziyyəti nəzərə almalı, dərs sistemini yumşaltmalıdır. Xüsusilə, ibtidai siniflərdə dərslər uşağın səviyyəsinə uyğun, aydın və anlaşıqlı şəkildə öyrədilməlidir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: dərs yükü Fəridə Müsəvi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri