Icma.az
close
up
RU
Ukrayna Rusiya aviaşirkətlərini çökdürür

Ukrayna Rusiya aviaşirkətlərini çökdürür

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İyulun 5-6-da Rusiyanın mərkəzi hissəsində Ukraynanın dron hücumlarına görə hava limanlarının fəaliyyətinin dayandırılması nəticəsində aviaşirkətlər azı 20 milyard rubl(hazırkı məzənnə ilə 253,7 milyon dollar) ziyana düşüb.

Yenisabah.az xəbər verir ki, bu, “Kommersant”ın məqaləsində yer alan hesablamadır. Bildirilir ki, sərnişin assosiasiyaları fövqəladə hallar üçün vahid əsasnamənin yaradılmasını tələb edirlər.

Mütəxəssislər və ekspertlər hesab edir ki, hava limanları gecikən, təxirə salınan, yaxud ləğv edilən reyslərin sərnişinlərini yaşayış və yeməklə təmin etməlidir, kiçik aviaşirkətlər isə dövlət dəstəyinə ehtiyac duyurlar. Toyuqlu pizza

RunAvia xidmətinin yaradıcısı Andrey Patrakov hesablayıb ki, 158 sərnişin üçün nəzərdə tutulmuş Boeing 737-800 reysinin ləğvi bir aviaşirkətə 15-23 milyon rubla başa gəlir.

Təkcə üç hava limanında uçuşların ləğvindən sonra ilk gündə aviaşirkətlər 3,9-5,9 milyard rubl itirib.

EXPO.UAV şirkətinin eksperti Dmitri Datsykov sərnişinlər, taksi xidmətləri və əlaqəli sahələr üçün itkilər daxil olmaqla, hava yolları şirkətlərinin gündəlik itkilərini 20 milyard rubl olaraq qiymətləndirib.

Patrakovun sözlərinə görə, B737 üçün uçuş gecikməsinin (15 dəqiqədən çox gecikmə) dəyəri təxminən 1,5 milyon rubl təşkil edir və bu, sərnişinlərə xidmət xərclərini əhatə etmir.

Aviaşirkətlər “Kommersant”a belə itkiləri təsdiqləyiblər. Şirkətlərdən biri əlavə edib ki, bir təyyarənin alternativ aerodroma yönləndirilməsi dörd saat ərzində təxminən 1,5-2 milyon rubla başa gəlir.

Qeyd edək ki, iyulun 5-6-da Moskva ilə Sankt-Peterburq arasında nəqliyyat kollapsı baş verib - paytaxtlar arasında hava hərəkəti iflic olub, qatarlarda da oxşar vəziyyət yaranıb.

Rusiyanın mərkəzi hissəsində hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən 500-dən çox reys təxirə salınıb və ya ləğv olunub. Ən çox ləğv və gecikmə Şeremetyevo hava limanında baş verib - 200-ə yaxın reys. Pulkovoda 100-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib. Vnukovoda 50-yə yaxın, Soçidə isə 30-a yaxın reys təxirə salınıb./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri