Icma.az
close
up
RU
Dərslərin yox, iş yerlərində işin başlama saatları dəyişməlidir TƏKLİF

Dərslərin yox, iş yerlərində işin başlama saatları dəyişməlidir TƏKLİF

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Təkcə təhsil müəssisələrində dərslərin deyil, iş yerlərində işlərin başlama saatında da dəyişikliyə ehtiyac var. Çünki bizdə məktəbliləri daşıyan avtobus xidməti yoxdur, valideynlər daha çox öz şəxsi avtomobilləri ilə övladlarını məktəbə aparırlar, daha sonra isə işə gedirlər. Əgər biz dərslərin başlama saatını dəyişsək, valideynlər üçün də problem yaratmış olacağıq”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, bu baxımdan ən yaxşı modellərdən biri Türkiyədədir:

“Fərqli sahələrdə işin başlama saatı fərqli olur. Bu, insanların eyni vaxtda işə gedib-gəlməməsinə səbəb olur və tıxac probleminin azaldılmasına töhfə verir. Ona görə bu yeniliyin təkcə məktəblərdə deyil, bütün sahələrdə tətbiqi daha effektiv ola bilər. Tutaq ki, uşağın dərsi saat 10-da başladı, axı həmin saatda valideyn işdə olur, bu necə ola bilər?
Saat 6-da işdən çıxan insanlar çox böyük çətinliklər yaşayırlar. Şəhərdə tıxac təkcə dərslərə görə yaranmır. Səhər bütün iş saatlarının eyni vaxtda başlaması da böyük problemlərə səbəb olur. Məktəblərdə dəyişiklik etməkdənsə, ayrı-ayrı iş yerlərində etsək, bu, daha çox effekt verəcək. Valideyn uşağını məktəbə gətirər, sonra da işə gecikməz. Bu baxımdan düşünürəm ki, biz daha çox iş vaxtlarının başlaması ilə bağlı düşünsək, bunun nəqliyyatın sıxlığının aradan qaldırılmasında daha çox effektini görə biləcəyik.
Eyni zamanda, biz dünyanın bir çox ölkələrində tətbiq edilən məktəbli avtobuslarına keçid etməliyik. Bir var 50 maşın məktəbə yaxınlaşır, bir də var 50 uşağı daşıyacaq 1 avtobus. Görün nə qədər tıxacı aradan qaldırmış olarıq. Dərs qrafikində dəyişikliyi ali təhsil müəssisələrində etmək daha doğrudur, nəinki orta məktəblərdə”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri