Icma.az
close
up
RU
Dərsliklərin dili niyə şagirdlər üçün anlaşılmaz olur?

Dərsliklərin dili niyə şagirdlər üçün anlaşılmaz olur?

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Məktəb dərsliklərinin dili və məzmunu ilə bağlı narazılıqlar hər il müzakirələrə səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev də bu sahədə problemlərin olduğunu qeyd edib.
Nazir ötən ay yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib ki, dərsliklərin dili, məzmunu və mahiyyəti ilə bağlı cəmiyyətdə narazılıqlar var:
“Bu məsələ uzun müddətdir müzakirə olunur. Bir sıra hallarda dərsliklərdə səhvlərə yol verilir. Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə mövqeyi var. Hazırda bu məsələ ilə bağlı işlər gedir. Biz yaxın vaxtda Elm və Təhsil Nazirliyi ilə birlikdə geniş bir müzakirə təşkil etməyi planlayırıq. Ən vacib məsələlərdən biri dərsliklərin kim tərəfindən yazılmasıdır. Biz hesab edirik ki, dərsliklər mütləq peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən hazırlanmalıdır”.
O bildirib ki, bu müzakirələr öz müsbət təsirini göstərəcək:
“Biz dərsliklərimizin daha keyfiyyətli olması üçün çalışacağıq”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Kamran Əsədov isə deyir ki, orta məktəb dərsliklərinin keyfiyyəti hər bir ölkənin təhsil sisteminin intellektual dayağını təşkil edir:
“Azərbaycanda isə dərsliklərin məzmunu, metodikası və təqdimat tərzi tədris prosesinin səmərəliliyinə birbaşa təsir göstərir. Son illərdə dərslik siyasətində müəyyən irəliləyişlər əldə olunsa da, məzmunun sistemsizliyi, elmi-psixoloji uyğunsuzluqlar və pedaqoji məqsədlərin düzgün qurulmaması dərslikləri öz funksional missiyasından uzaqlaşdırır. Dərslik təkcə bilik ötürən vasitə deyil, həm də şagirdin düşünmə, analiz və yaradıcılıq bacarıqlarını formalaşdıran əsas resurs olmalıdır".
Kamran Əsədov bildirib ki, qanunvericilik, xüsusilə “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsi dərsliklərin dövlət təhsil standartlarına və milli dəyərlərə uyğun olmasını tələb edir:
“Lakin hazırkı vəziyyətdə bəzi dərsliklər bu prinsipə tam riayət etmir. Dərsliklərdə elmi ardıcıllıq pozulur, terminlər şagirdin anlama qabiliyyətindən kənar olur. Bu isə tədris prosesində anlama deyil, əzbərləməyə meyli artırır. Dövlət Statistika Komitəsinin 2024-cü il sorğusuna görə, şagirdlərin 58 faizi dərslikləri çətin və anlaşılmaz hesab edir”.
Ekspert qeyd edib ki, dərsliklərdə illüstrasiya və şəkillərin məzmunla əlaqəsi çox vaxt zəifdir, psixoloji və yaş səviyyəsinə uyğunlaşdırma çatışmır:
“Nəticədə, şagirdlər dərslikdən deyil, repetitordan və əlavə mənbələrdən öyrənməyə başlayır ki, bu da sosial bərabərsizliyi artırır. Elm və Təhsil Nazirliyi son illərdə dərsliklərin hazırlanması prosesinə rəqəmsal nəzarət mexanizmləri tətbiq edib, ictimai rəy toplama platforması yaradıb və müəllif qruplarını genişləndirib. 2024-cü ildən pilot məktəblərdə e-dərslik formatı tətbiq olunur və dərsliklərin elektron versiyası ictimaiyyətə açıq şəkildə təqdim edilir”.
Ekspert xarici ölkələrin dərsliklərindən nümunələr çəkib:
“Finlandiyada dərsliklər universitetlərin və müəllim birliklərinin elmi-nəzəri ekspertizası ilə hazırlanır. Estoniyada dərsliklər illik olaraq e-platformada yenilənir və şagird-müəllim rəyləri növbəti versiyalara əlavə olunur. Yaponiya və Almaniyada dərsliklər “canlı sənəd” kimi qəbul edilir”.
Kamran Əsədov bildirib ki, Azərbaycanda da transformasiya prosesi başlayıb və 2025-ci ildən dərslik siyasəti vahid tədris resurs ekosistemi modelinə keçəcək:
“Bu model dərslik, müəllim üçün metodik vəsait, test kitabı, e-resurs və qiymətləndirmə modulunu vahid sistemdə birləşdirəcək, tədrisin parçalanmış strukturunu aradan qaldıracaq və dərslikdən istifadənin effektivliyini artıracaq”.
Kamran Əsədov sonda vurğulayıb ki, əgər elmi-psixoloji ekspertiza gücləndirilsə və müəllif qrupu daha geniş formada formalaşdırılsa, dərsliklər tədricən öyrənməni yükləyən deyil, motivasiya edən və tənqidi düşüncəni formalaşdıran əsas resursa çevriləcək:
“Bu, həm təhsilin keyfiyyətinə, həm də şagirdlərin yaradıcılıq potensialına birbaşa təsir göstərəcək”.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri