Məktəblərdə dərsliklərin paylanılmasına başlanıldı
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılmasına başlanılır.
Bu barədə Metbuat.az-a idarədən məlumat verilib.
Bildirilib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 10-dək davam edəcək.
Şagirdlərdən və onların valideynlərindən 01-10 sentyabr tarixlərində müvafiq dövlət ümumi təhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək.
Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 1034 adda 369 428 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.
Baxış sayı:70
Bu xəbər 02 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















