Icma.az
close
up
RU
Dərsliklərin dili sadələşdirilir? ARTİ dən AÇIQLAMA

Dərsliklərin dili sadələşdirilir? ARTİ dən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dərsliklərdə təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Hətta elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı.

Dərsliklərin dilinin sadələşdirilməsi ilə bağlı yaxın zamanda hər hansı yeniliyin olub-olmayacağı sual doğurur.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq məlumat üçün bildirilib ki, yeni dərsliklərin hazırlanması prosesində Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin yaradıcı heyətinə dil-üslubun anlaşılan, aydın və daha səlis formada yazılması ilə bağlı tövsiyələr edilib:

"Bu səbəbdən dərslik hazırlayan hər bir komandanın tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiliyin dəqiqliyini təmin etmək məqsədi ilə elmi redaktorların iştirakı təmin edilir. Dərsliklərin dilinin şagirdlər tərəfindən rahat mənimsənilməsi üçün sadə olmasına diqqət edilir.

ARTİ olaraq dərsliklərin hazırlanmasının təşkili prosesində  dilin düzgünlüyü, üslubun səlisliyi və anlaşıqlılığı əsas prioritetlərimizdən biridir. Vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələl gətirməməlidir.

Bəzi fənlərin spesifikliyi səbəbi ilə terminologiya mürəkkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə  xələl gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri