Icma.az
close
up
RU
“Devalvasiyanın səbəbkarlarından biri də o adam idi” Eks nazir

“Devalvasiyanın səbəbkarlarından biri də o adam idi” Eks nazir

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Təsəvvür edin səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur, imzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm, universitetdən çıxım gedim. Amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm, öyəşmişəm. Artıq nazir deyiləm, müəyyən şeyləri də güzəştə getməliyəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov deyib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində işləyən eks-nazir söhbətində bir çox maraqlı məsələlərə toxunub. Onunla müsahibədən diqqətçəkən məqamları ixtisarla təqdim edirik: 

- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?

- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.

-  Bu sizə təsir etdi?

- Əlbəttə. Amma 1 il sonra özümə gəldim. 

- Amma dediniz ki, vəzifə daimi deyil..

- İnsanın öyrəşməyi də var (gülür). Bizim cəmiyyət insanlara dəyəri yaşayanda yox, öləndə verir, vəzifədə oldun, hörmət var, getdinsə, hər şey də bitdi. Vəzifəyə var-dövlət qazanmaq üçün gəlmək olmaz. Mən 4 otaqlı evdə yaşayıram və şəraitimdən razıyam. Onda da maşınım var idi, indi də. Ac deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm. Bəsdir. Mən restoran, şadlıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi, söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir. 

- Heç sabiq məmurlarla bu barədə danışmısınız? Onlar necə fikirləşir?

- Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır. İndi özü də vəzifədən çıxıb, amma o da yaşayır, mən də (gülür). 

- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?

- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - red.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi. 

- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?

- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.

- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?

- Əlbəttə. Mütləq. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir. 

- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?

- İki dəfə aramızda ziddiyyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil. 

- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?

- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.

-  Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?

- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətimək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi.

- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?

- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.

- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?

- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.

- Digər oğlunuz nə işlə məşğuldur?

- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri