Icma.az
close
up
RU
Devalvasiyanın qo(r)xusu... Valyutadəyişmə məntəqələrində dollar almaq məhdudiyyəti var

Devalvasiyanın qo(r)xusu... Valyutadəyişmə məntəqələrində dollar almaq məhdudiyyəti var

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda valyuta bazarında baş verənlərlə bağlı geniş yazmaq asan deyil. Çünki burada şəffaflıq qorunmur. Mərkəzi Bank bazarın maksimum gizliliklə fəaliyyət göstərməsini istəyir. Heç bilmək olmur ki, xarici valyuta hərracları keçirilir, ya yox. Martda hərrac baş tutmadığı məlumdur. İctimaiyyət bununla bağlı narahatlıq ifadə etmişdi. Sonra Mərkəzi Bank tamamilə məlumatsızlıq yolu seçdi. Yəni banklara nə qədər xarici valyuta satılması barədə məlumat gizlin saxlanılır.

Bizimyol.info xəbər portalının əməkdaşı aprelin 8-də paytaxtın bir neçə valyutadəyişmə məntəqəsində olub. Müşahidə dollar almaq istəyənlərin xarici valyutanı satış üçün gətirənlərdən daha çox olduğunu göstərir. Yəni cəmiyyətdə təşviş var. Yəqin ki, devalvasiya ehtimalı seçimlərə təsir göstərib. İnsanlar əlindəki manatları dollara çevirməyə çalışır.

Valyutadəyişmə məntəqələrində dollar alınmasına isti yanaşılmır. Məntəqə əməkdaşları müxtəlif bəhanələrlə valyuta satmamağa çalışırlar. Məsələn, Asif Məhərrəmov küçəsindəki “014” valyutadəyişmə məntəqəsində artıq 13.00-dan dollar satmaqdan imtina ediblər. Əməkdaşlar daha dollar qalmadığını bildirirlər.

Başqa valyutadəyişmə məntəqələrində də mənzərə fərqli deyil. Xarici valyuta satışına çox ciddi nəzarət var. Proses xeyli uzun çəkir. Sənədləşmə işi ciddi vaxt aparır, növbə yaranır. Hiss olunur ki, valyutadəyişmə məntəqələri xüsusilə dolları əldən verməməyə çalışırlar.

Maliyyə qurumlarının belə davranışı heç doğru deyil. Cəmiyyət bir az da təşvişə düşür. Açıq-aşkar deyirlər ki, devalvasiya olacaq, buna görə də xarici valyutanı satmaqda maraqlı deyilik.

Valyutadəyişmə məntəqələrində xarici valyuta belə qıcıq yaradırsa, onda işləməsinlər. Müştərilər əlindəki dolları, avronu satmağa gətirəndə başqa münasibət görür. Valyuta almaq istəyini dilə gətirəndə isə qarşı tərəfdə qəzəb hiss olunur.

Elə Mərkəzi Bankın davranışı da etik sayılmır. İctimaiyyətdən məlumat gizlətmək nə deməkdir?! Belə davranışın nəticəsidir ki, insanların dövlət qurumlarına etibarı qalmayıb. Çünki cəmiyyət həmişə şəffaflıq olmadığını, səmimi danışılmadığını görüb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri