Dəvələr amerikalı motosikletçinin Dakar qələbəsinə mane oldu
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı motosikletçi Riki Brabek “Dakar” ralli-marafonunda motosikletlər üzrə ümumi qələbəni qeyri-adi hadisə səbəbindən əldən verib.
İdman.Biz xəbər verir ki, Brabek final mərhələsi ərəfəsində argentinalı Lusiano Benavidesi 3 dəqiqə 20 saniyə qabaqlayaraq ümumi hesabda lider olub. Lakin yarışın 13-cü mərhələsində gözlənilməz problemlə üzləşib.
Belə ki, trasda qarşısına çıxan dəvə sürüsü amerikalı idmançının hərəkətini məhdudlaşdırıb. Bundan əlavə, məsafənin son kilometrlərində Brabek naviqasiya xətasına yol verib.
Nəticədə Benavides rəqibini cəmi iki saniyə fərqlə qabaqlayaraq çempionluğa yiyələnib. Bu fərq “Dakar” ralli-marafonunun tarixində qeydə alınan ən minimal üstünlük kimi yadda qalıb.
Qeyd edək ki, yarışlar Səudiyyə Ərəbistanı ərazisində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















