Icma.az
close
up
RU
Azərbaycan muzeylərinin yaddaqalan eksponatları: dəvələr üçün baş bəzəyi

Azərbaycan muzeylərinin yaddaqalan eksponatları: dəvələr üçün baş bəzəyi

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsindən materiallar çərçivəsində AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarının unikal nümunələri ilə tanış etməkdə davam edir.

Bu dəfə agentlik Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil olan dəvə qoşqusu üçün iki bəzək əşyası haqqında məlumat verir.

Dəvələr uzunmüddət ərzində Azərbaycan tarixində xüsusi yer tutub. Nadir hallarda rast gəlinsə də, Qobustanda onların qayaüstü təsvirləri aşkar edilib.

Hələ qədim dövrlərdə Azərbaycanın aran bölgələrində dəvəçilik inkişaf etmişdi. Bu heyvanlar indiki Abşeron, Beyləqan, Bərdə və Biləsuvar ərazilərində saxlanılırdı. Dəvələr həm minik, həm də qoşqu vasitəsi kimi istifadə olunurdu, onlarla yüklər, o cümlədən neft, pambıq, balıq, su və s. daşınırdı. “Səhra gəmiləri” bəzən minlərlə kilometr məsafəni qət edirdilər. Xüsusilə, duz və neft daşınmasında dəvələrin rolu böyük idi, belə ki, bunlar Bakının əsas ixrac məhsulları idi.

O dövrdə Azərbaycan şəhərlərində dəvə karvanlarının küçələrdən keçməsi o qədər adi hal idi ki, heç kəsi təəccübləndirmirdi. Çünki ölkə Böyük İpək yolunun üzərində yerləşdiyindən hər tərəfi karvan yolları kəsib keçirdi. Alış-veriş üçün gələn tacirlərin çoxu bir neçə dəvəyə, bəziləri isə bütöv dəvə karvanlarına sahib olurdu.

Dəvələr xalq şənliklərinin və mərasimlərin də bir hissəsinə çevrilirdi. Xüsusilə Novruz bayramı günlərində. Dəvələri bəzəyib onları təmtəraqlı və əzəmətli göstərmək ənənəsinə bu gün də rast gəlinir. Qeyd etmək lazımdır ki, ərəbcə dəvə və gözəllik sözləri eyni kökdən yaranır.

Bayram günlərində dəvə xüsusi örtüklə bəzədilir, üzərindəki dəlik isə dəvənin güvənindən keçirdi. Güvənin özünü “kapan”la bürüyür, üst hissəsinə “cahaz” və örtük salınır, bütün bunlar isə “örkən” kəndiri ilə bağlanırdı. Heyvanın başı da diqqətdən kənarda qalmırdı. Bu gün də Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan, gözoxşayan işlənmə tərzi ilə seçilən dəvələr üçün baş bəzəkləri ilə tanış olmaq mümkündür.

Birinci eksponat XIX əsrin sonlarına aiddir. Ölçüləri 41x53 sm-dir. Əsas hissəsi arğacdan toxunub, naxışverici sapı yundandır. Toxuma, dolaşdırma və qurama üsulu ilə işlənib hazırlanıb.

İkinci eksponat isə XX əsrin əvvəllərində hazırlanıb. Ölçüləri 37x80 sm olan bu nümunənin hazırlanmasında yun, at tükü, dəri, şüşə və kauri sədəflərdən istifadə olunub. Bəzək dolaşdırma və hörmə üsulu ilə hazırlanıb.

Şirvan və Qarabağda XIX əsrin sonu, XX əsrin əvvəllərində toxunmuş nümunələr də var. Onlar keçə, parça və cecimdən hazırlanıb, üzəri kauri sədəfləri, kiçik güzgülər, xırda metal lövhəciklərlə bəzədilib. İnanclara görə, belə bəzəklər pis qüvvələrdən qoruyucu rol oynayırdı.

Ümumilikdə, dəvələrin bəzədilməsi onların səhrada etibarlı köməkçi kimi dəyərini, xalq inanclarındakı xüsusi yerini və dərin mədəni əhəmiyyətini əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri