Deyirsiniz, biz də uşağımızı atıb sevgilimizlə qaçaq? Video
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aparıcı Səidə Bəkirqızı sosial xarakterli verilişləri tənqid edib.
Axşam.az xəbər verir ki, video yayımlayan Səidə ailə-məişət mövzularının efirdə müzakirəsini psiləyib:
"Nigar Fərhad (Kanal S-in aparıcısı) efirə qayıtdı.. Uşaqlarını atıb sevgilisi ilə qaçan qadını bizə təqdim etdi. O qədər darıxmışdıq ki, eyş-işrəti üçün balalarını atan qadınlar üçün. Nə yaxşı efirə qayıdıb, bizə bunu göstərdin. Onsuz da Xoşqədəm, Zaurlar, Elgiz də eyni şeyi göstərir. Gözümüzün bəbəyi ağrıyır belə lazımsız insanları görməyə. Sən də gəldin, sıralamanı tamamladın. Sadəcə, başa düşmürəm 6 uşağını atıb qaçan qadını göstərirsiniz. Nə təklif edirsiniz? Biz də uşağımızı ataq qaçaq, əsas insanın ehtirasıdır, yoxsa doğub tökək küçəyə? Niyə bu qəhrəmanları təqdim edirik?
Verilişə gələn sosioloq, psixoloq nə deyib çıxır ora? Bir ekspert var, Hacı (iş adamı Hacı Quliyev - red.) deyirlər, gəlib 6 uşağını atan, sevgilisi üçün dəridən-qabıqdan çıxan qadından danışır. Kişilər oturub qadın müzakirəsi aparır. Biz nə edirik? Televiziyalar səviyyəni itirdikcə itirir. Kanallar bərbatdır, biabırçılıqdır. Durmadan da davam edir. Aparıcı olaraq təqdim etdiyiniz qəhrəmanlardan utanırsınız? Nə deyib onu cəmiyyətə sırıyırsınız? Barı özünüzə hörmət edin. Özünə hörmət edən ekspert, aparıcı təqdim etdiyi qonağa baxmalıdır".
Qeyd edək ki, Səidə bir müddət əvvəl "Space TV"də çalışmağa başlamışdı. O, qalmaqallı çıxışına görə işdən çıxıb.


