Icma.az
close
up
RU
Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, indi nə etməliyik? Müəllmlər şikayətlənir + VİDEO

Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, indi nə etməliyik? Müəllmlər şikayətlənir + VİDEO

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsində iştirak edən bəzi namizədlər vakant yerlərin azlığından şikayətçidirlər.

Mia.az xəbər verir ki, bir qrup müəllim Baku TV-yə müraciət edərək işsiz qalacaqlarından narahat olduqlarını bildiriblər.

“Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, savad var, biz nə etməliyik?”,- deyə Eyzangül Şahbazova adlı müəllim söyləyib.

92 bal topladığını deyən Şaiqə Məmmədova isə bildirib ki, yaşadığı rayonda vakant yer yoxdur: “Mən Ağcabədi rayonundan bura gəlmişəm. 92 bal toplamışam. 5-6 saat dərslərə razıyıq. Rayonumda bir dənə də olsun vakant yer tapa bilmirəm”.

Narazı olanlardan biri də vətəndaş Bahar Ağayevadır: “90 bal toplamışam. Bakı şəhəri üzrə texnologiya fənnindən 14 vakant yer var. Yer tutmaq şansım 1 faizə bərabərdir”.

Müəllimlər vurğulayıblar ki, bir gün ərzində 1000 nəfərdən artıq şəxs toplaşıb ərizə yazaraq şikayətlərini bildiriblər. Onların sözlərinə görə, Gəncə, Yevlax, Goranboy rayonları ümumiyyətlə vakant yer çıxarmayıb. Lakin daha öncədən həmin bölgələrdə olan təhsil ocaqları ilə maraqlandıqlarını və boş yerlərin olduğunu deyirlər. Hətta bu barədə Təhsil Nazirliyinə məlumat verildiyini də iddia edirlər.

Müəllimlərin narazılıqları ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb: “Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır”.

Daha ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri