Icma.az
close
up
RU
Dəyişən ailə dəyərləri: Proses yaxşıya doğru gedir?

Dəyişən ailə dəyərləri: Proses yaxşıya doğru gedir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son illərdə gənclərin ailə qurmağa baxışı əvvəlki nəsillərdən xeyli fərqlənir.

Artıq gənclər ailəni sadəcə ənənələrə əsaslanaraq yox, həm də sevgi, anlayış əsasında qurmağa çalışırlar.

Maraqlıdır, gənclər ailə qurmağa niyə əvvəlki nəsillərdən fərqli baxırlar?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən sosioloq Sənubər Heydərova bildirib ki, yeni yanaşmaların meydana gəlməsi gənclərdə sərbəst seçim imkanını formalaşdırıb:

"Ümumiyyətlə, bütün nəsillər evliliyə özündən əvvəlki nəsillərlə müqayisədə daha fərqli münasibət göstərir. Bu səbəbdən indiki gənclərin də ailə qurmağa münasibətinin fərqli olması təbii haldır. Hazırkı dövrdə proseslər sürətli gedir deyə, əvvəlki nəsillər bu hala təəccüblənirlər.

İnternetin əlçatan olması ilə bərabər, dünya da kiçilib. İnsanların daha çox informasiya və fərqli yanaşmalara əli çatır və bunu da çox tez mənimsəyirlər. Xüsusilə, gənclər üçün yeni yanaşmalar, onların azadlıq hissinə daha uyğun gəlir. 

Belə gənclər üçün əvvəlki ənənələr artıq aktual deyil. Onlar daha az asılı olmaq istəyirlər, həyatlarına qarşı müdaxiləyə yol vermirlər. Çünki yeni yanaşmalar onları bu amillərdən azad edir".

Sosioloq qeyd edib ki, gənclər öz seçimlərində müdaxiləyə yol vermirlər:

"Gənclər ailə basqısından uzaq olmaq, toylarının necə olacağını, ailə münasibətlərini özləri seçmək istəyir. Əvvəllər bu fikirlərə cəmiyyət tərəfindən dəstək az idi, hamı ətrafdakı insanların fikirindən ehtiyat edirdi. Artıq gənclər bu mövzuda hamıdan azaddır. 

"Ağsaqqallıq institut"nun və nəsilin böyüklərinin fikirlərinə əhəmiyyət azalıb. Bununla, gənclərə rahatlıq gəlib ki, ailə, uşaq kimi məsələlərə özləri qərar verir.

Bu sevindirici haldı, çünki əvvəlki nəsillərin gücü çatmayanı, indi gənclər rahatlıqla edir. Paralel olaraq, onlar daha azad vətəndaş olmaq istəyəcəklər, özlərini idarə edən hökumətə və insanlara tələb qoya biləcək. Bu səbəbdən məsələlər yaxşıya doğru gedir".

Gülər 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri