Icma.az
close
up
RU
Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişən dünya düzənində yeni tarixin başlanğıcıdır Deputat

Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişən dünya düzənində yeni tarixin başlanğıcıdır Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son günlərdə çox əhəmiyyətli hadisələrin şahidi oluruq və bir azərbaycanlı olaraq böyük bir qürur hissi keçiririk. Dünən və bu gün Vaşinqtonda keçirilən görüşlər, paraflanan sənədlər, Prezident İlham Əliyevin illərdən bəri həyata keçirdiyi məqsədyönlü və dönməz siyasətin, güclü iradənin əhəmiyyətli bir təzahürüdür. Bu gün dünya bir daha Azərbaycanın güclü mövqeyini, bütövlüyünü və sabitliyini görmüş olur. Əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi fövqəldövlətdə bu görüşün keçirilməsi və tərəflər arasında razılığın əldə edilməsi Azərbaycan tarixinin çox əhəmiyyətli bir səhifəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin ABŞ-yə səfərindən danışarkən bildirdi.

"Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişməkdə olan dünya düzəni çərçivəsində yeni dünyanın, yeni tarixinin bəlkə də başlanğıcı günüdür. Bəlkə bir az iddialı səslənə bilər, amma bu, bir həqiqətdir. Bu gün Azərbaycan artıq sözün əsl mənasında söz sahibi olaraq əhəmiyyətli bir yerə gəldiyini nümayiş etdirə və sübut edə bildi. Bu, yalnız nümayişlə bitmir  biz əməllərimiz, qərarlarımız və qətiyyətimizlə bu siyasətimizi bütün dünya qarşısında təsdiqləyə bildik".

Deputatın sözlərinə görə, bu, böyük bir uğur, böyük bir nailiyyətdir və Azərbaycanın illərdən bəri həyata keçirdiyi düzgün siyasətin mühüm bəhrəsidir.

"Əhəmiyyətli məqamlardan biri ATƏT-in Minsk qrupunun ləğv olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və bu gün artıq həmin müqavilənin imzalanması ərəfəsində olmağımızdır. Bu, sözün əsl mənasında tarixin yazılan çox mühüm bir səhifəsidir. Bu səhifədən sonra düşünürəm ki, sadəcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsi, eləcə də bütün dünya və dünya nizamı üçün uğurlu inkişafların və mühüm irəliləmələrin şahidi olacağıq", - deyə Jalə Əliyeva bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri