Dezinformasiya ilə mübarizədə ən effektiv modellərdən biri vahid kommunikasiya ofisidir
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son dönəmlər dezinformasiya ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bir anlıq sosial media məkanını şoranlaşmış torpaq kimi təsəvvür edin. Bu şoranlaşmış torpağı təmizləməyin ən effektiv yolu aqrotexniki qulluğu genişləndirmək və torpağı əkməkdir.
Bu gün sosial şəbəkələrdə yayılan xəbərlərin yalana çevrilməsinin və genişlənməsinin qarşısını almaq üçün interneti kəsmək, sosial medianı qadağan etmək və ən əsası, qanunları sərtləşdirmək effektiv çıxış yolu deyil. Dezinformasiya ilə mübarizə elə bir sahə olmalıdır ki, bütün qurumlar, cəmiyyət və ictimai birliklər bu istiqamətdə bir hədəf ətrafında birləşə bilsinlər. Bir növ, açıq cəmiyyət modeli internet şəbəkəsinə transformasiya edilməlidir.
Eyni zamanda, ən effektiv modellərdən biri vahid kommunikasiya ofisidir. Bu model artıq Kanadada və Avropa İttifaqının bir sıra ölkələrində tətbiq edilir. Dezinformasiya ilkin mərhələdə bir alovdur və onu zamanında, düzgün idarə etməklə böyük bir yanğına çevrilməsinin qarşısını almaq mümkündür.
Dezinformasiya ilə mübarizə konfrans və diskusiya masalarından çıxıb, neyrobioloqların,neyropsixoloqların,ciddi analitik dairələr tərəfindən araşdırılması və çox eşalonlu müdafiə və hücum planı hazırlanmalıdır.
Aqil Məmmədov
Bu mövzuda digər xəbərlər:Dezinformasiya ilə mübarizədə vahid platforma
26 Noyabr 2025 09:08
ABŞ dezinformasiya ilə mübarizədə Avropa ilə əməkdaşlığı dayandırır
09 Sentyabr 2025 02:49
Dezinformasiya ilə mübarizədə dövlət cəmiyyət əməkdaşlığı: Nədən başlamalı?
15 İyul 2026 11:41
Peşəkar medianın dezinformasiya ilə mübarizəsi: Effektiv nəticə üçün nə lazımdır?
19 İyun 2026 13:21
Azərbaycan dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə edir Hikmət Hacıyev
13 Dekabr 2024 21:15
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















