Icma.az
close
up
RU
DGK sədri: Yaşıl gömrük təşəbbüsünün ilk tələbi gömrük proseslərini rəqəmsallaşdırılmasıdır

DGK sədri: Yaşıl gömrük təşəbbüsünün ilk tələbi gömrük proseslərini rəqəmsallaşdırılmasıdır

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaşıl gömrük təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, "Yaşıl Gömrük" konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin və dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşıya məqsəd qoyur: "Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə bilərik. Həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını Yaşıl Gömrük sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin etmək və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yaratmaq mümkündür".

DGK sədri qeyd edib ki, bu baxımdan Komitə ətraf mühitin mühafizəsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirib: "Ölkəmizdə yaşıl nəqliyyata keçidi təşviq etmək üçün elektrik və hibrid nəqliyyat vasitələrinin idxalına tətbiq olunan gömrük güzəştləri buna nümunədir. 2019-cu ildən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmiş, həmçinin 2022-ci ildən isə istehsal tarixi 3 ildən az olan elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gömrük rüsumundan azaddır. Bu islahatlar yaşıl nəqliyyata keçidi stimullaşdıraraq ətraf mühitin mühafizəsi istiqamətində mühüm addım təşkil edir".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see182

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see166

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri