Şahin Bağırov: Yaşıl gömrük təşəbbüsü gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının "Yaşıl Gömrük" konsepsiyası xüsusilə önəmlidir. Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda beynəlxalq tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Bildirib ki, əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır: “Bu baxımdan, gömrük xidmətləri olaraq bu mürəkkəb mühitə uyğunlaşmaq üçün biz əməliyyatlarımızı ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməliyik. "Yaşıl Gömrük" konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşısına məqsəd qoyur”.
Şahin Bağırov onu da qeyd edib ki, Yaşıl gömrük təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir: ”Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə, həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını Yaşıl Gömrük sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin edə və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yarada bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















