Icma.az
close
up
RU
Şahin Bağırov: Yaşıl gömrük təşəbbüsü gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir VİDEO AZƏRTAC

Şahin Bağırov: Yaşıl gömrük təşəbbüsü gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir VİDEO AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının "Yaşıl Gömrük" konsepsiyası xüsusilə önəmlidir. Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda beynəlxalq tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Bildirib ki, əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı, bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır: “Bu baxımdan, gömrük xidmətləri olaraq bu mürəkkəb mühitə uyğunlaşmaq üçün biz əməliyyatlarımızı ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməliyik. "Yaşıl Gömrük" konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşısına məqsəd qoyur”.

Şahin Bağırov onu da qeyd edib ki, Yaşıl gömrük təşəbbüsü, ilk növbədə, gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir: ”Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə, həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını Yaşıl gömrük sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin edə və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yarada bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri