Icma.az
close
up
RU
Azərbaycanın baş konsulu türkiyəli investorları Naxçıvandakı sənaye parkının potensialından istifadə etməyə çağırıb AZƏRTAC

Azərbaycanın baş konsulu türkiyəli investorları Naxçıvandakı sənaye parkının potensialından istifadə etməyə çağırıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İğdır, 28 dekabr, AZƏRTAC

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev türkiyəli investorları Naxçıvanda yeni sənaye parkının potensialından yararlanmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, o, İğdır vilayətində sahibkarlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan şəhərində sənaye parkının yaradılması haqqında Fərmanını xatırladıb.

Diplomat qeyd edib ki, bu, xüsusi ərazinin imkanları və infrastrukturu investorlar üçün böyük dividendlər vəd edir.

Baş konsul qarşılıqlı ticarət dövriyyəsinin miqyasının artırılması üçün İğdır və Naxçıvan Muxtar Respublikası sərhədindəki keçid məntəqəsinin potensialının maksimum dərəcədə istifadə olunmasının zəruriliyini qeyd edib.

Z.Əliyev, həmçinin sahibkarları İğdır-Naxçıvan qaz kəməri layihəsinin həyata keçirilməsi üzrə addımlar atmağa çağırıb, Türkiyə ərazisindəki “Dilucu” stansiyasına artıq mavi yanacağın verildiyini qeyd edib. “Yaxın vaxtlarda Naxçıvana qazın verilməsi planlaşdırılır”, - deyə baş konsul məlumat verib.

O, Qarsdan Naxçıvana dəmir yolunun tikintisi layihəsinin strateji əhəmiyyətini qeyd edib və bunun Orta Nəqliyyat Dəhlizinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Z.Əliyev, həmçinin Türkiyənin ayrı-ayrı vilayətlərindən olan sahibkarlarla Naxçıvan, Qarabağ və Zəngəzurdan olan şirkətlər arasında fəal əlaqələrin qurulmasının vacibliyini və bunun iki qardaş ölkə arasında ticarətin genişləndirilməsi üçün yeni stimul olacağını bildirib.

Onun sözlərinə görə, bu gün Bakı ilə Ankara arasında münasibətlərin səviyyəsi bütün dünyaya məlumdur. “Sevindirici haldır ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində əməkdaşlıq davam edir”, - deyə baş konsul vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri