Di Kaprio üçün Mühafizəçiyə rüşvət təklif etdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio Fransanın San-Trope kurortunda istirahət edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.
Bildirilir ki, 51 yaşlı subay aktyor burada pərəstişkar xanımların əsas hədəfinə çevrilib. Pərəstişkarlar onunla görüş imkanı üçün müxtəlif variantlara əl atırlar.
İnsayderlərin sözlərinə görə, gecə klublarından birində istirahət edən Di Kaprio uğrunda bir neçə xanım pərəstişkar arasında əsl “mübarizə” yaşanıb. Belə ki, onlardan ən azı ikisi klub personalı vasitəsilə aktyora telefon nömrələrini ötürməyə cəhd edib. Daha bir xanım isə aktyorla görüş imkanı qazanmaq ümidilə onun mühafizəçilərindən birinə 500 avro “rüşvət” təklif edib. Lakin bu cəhd də uğursuzluğa uğrayıb.
Di Kaprionun isə yay tətilini tək deyil, 28 yaşlı sevgilisi, model Vittoriya Çeretti ilə birlikdə keçirdiyi bildirilir.
Baxış sayı:130
Bu xəbər 01 Avqust 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















