Icma.az
close
up
RU
Diafraqmal yırtıqların bərpası icbari tibbi sığorta təminatına daxildir

Diafraqmal yırtıqların bərpası icbari tibbi sığorta təminatına daxildir

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Diafraqmanın qida borusu dəliyinin yırtığı diaqnozu kontrastlı ezofaqoqrafiya (qida borusunun rentgenoloji müayinəsi) əsasında qoyulur.

“Qafqazinfo” xəbər verir ki, kontrast maddə kimi barium sulfat suspenziyası qəbul etdikdən sonra rentgenoloji müayinə aparılır. Əlavə diaqnostika üçün qida borusunun və mədənin endoskopik müayinəsi aparıla bilər. Bu prosedur qida borusunun selikli qişasının vəziyyətini və ağırlaşmaların inkişaf riskini qiymətləndirməyə imkan verir. Bəzən kompleks diaqnostika üçün ümumi klinik müayinələr və döş qəfəsinin kompüter tomoqrafiyası (KT) aparılır.

Anadangəlmə diafraqmal yırtıq diaqnozu isə doğuşa qədər prenatal ultrasəs müayinəsi, doğuşdan sonra döş qəfəsi orqanlarının rentgen müayinəsinin köməkliyi ilə qoyulur. Bütün bu müayinə metodları icbari tibbi sığorta ilə qarşılanır.

Ən çox rast gəlinən simptomlara qarının yuxarı hissəsində (epiqastral nahiyədə) ağrı, döş sümüyü arxasında yanma hissi, qida qəbulundan sonra qıcqırma, gəyirmə, bəzən ürəkbulanma aiddir. Bəzi hallarda öskürək, köp, ürək ritminin pozulması kimi simptomlarla da özünü göstərir. Diafraqmal yırtığın müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diafraqma dəliyi yırtığının cərrahi yolla bərpası ümumi və torakal cərrah tərəfindən aparılır.

Böyük diafraqmal yırtıqlar səbəbindən medikamentoz müalicəyə tabe olmayan xroniki ezofagitin inkişaf etməsi, yırtıq kisəsinin boğulması təhlükəsinin yaranması, qanaxma, anemiya, qida borusu daralmaları və çapıq toxumasının əmələ gəlməsi kimi ağırlaşmaların meydana çıxdığı hallarda yırtığın müalicəsi üçün cərrahi əməliyyat icra olunur. Cərrahi müdaxilə zamanı yırtıq qapısının daraldılması, orqanların fizioloji vəziyyətinin bərpası və yaxud hər iki üsulu özündə birləşdirən radikal əməliyyat aparılır. Əməliyyat icbari tibbi sığorta hesabına açıq və laparoskopik üsulla icra olunur. Laparoskopik əməliyyat daha az travmalı olduğundan reabilitasiya dövrü daha sürətli və asan olur.

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta tərəfindən təmin olunur. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.

Diafraqmal yırtıqların bərpası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində  tibbi göstərişə və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, diafraqmal yırtıq abdominal boşluqdakı orqanların qismən və ya tam olaraq diafraqmanın qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir. Bu patoloji vəziyyət ağırlaşmalara səbəb ola bildiyi üçün vaxtında diaqnozun qoyulması və müalicənin başlanılması olduqca vacibdir. Diafraqmal yırtıqlar anadangəlmə və qazanılmış olur. Anadangəlmə diafraqmal yırtıqlar hamiləliyin ilk 3 ayında radiasiya, zərərli peşə amilləri və bəzi dərman preparatlarının təsiri nəticəsində baş verən genetik mutasiyalar nəticəsində inkişaf edir.

Qazanılmış yırtıqlar bir çox səbəblərin təsirindən yarana bilər. Patologiyanın inkişafına təsir edən əsas amillərə döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnməsi, bronxial astma, göyöskürək, vərəm zamanı xroniki öskürək, qida borusunun diskineziyası (hərəkətliliyinin pozulması), qida borusu nahiyəsində cərrahi müdaxilələr, qəbizliyə meyillilik, mədə-bağırsaq sisteminin yanaşı xəstəlikləri aid edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see120

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see117

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri