Icma.az
close
up
RU
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir

Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Hipertrofik kardiomiopatiya (HKM) - diastolik disfunksiya ilə müşayiət olunan ağır mədəcik hipertrofiyası ilə xarakterizə olunan anadangəlmə və ya qazanılmış xəstəlikdir. HKM kardiomeqaliya (ürəyin böyüməsi), proqressivləşən ürək çatışmazlığı, aritmiya və s. simptomlarla səciyyələnir. Vaxtında diaqnostika və müalicə tədbirlərinin başlanması xəstəliyin ağırlaşmalarının qarşısını almaqda mühüm rol oynayır. İTSDA-dan SİA-ya verilən məlumata görə, xəstəliyin tipik simptomları arasında döş qəfəsində ağrı, baş gicəllənməsi, təngnəfəslik, zəiflik və yorğunluq, bayılma, taxikardiya, arterial hipotenziya (təzyiqin enməsi) yer alır. Bəzi pasiyentlər bir neçə simptomu eyni anda müşahidə edə bilər, bəzən isə heç bir simptom olmaya bilər. HKM ciddi fəsadlara - qulaqcıq fibrilyasiyası və mədəcik aritmiyaları, infeksion endokardit, ani ürək dayanması və qəfləti ölümə səbəb ola bilər. Bu səbəbdən xəstələrin müntəzəm kardioloq nəzarətində olması vacibdir.

HKM-in iki əsas növü mövcuddur:

• Obstruktiv kardiomiopatiya: Ürək əzələsi asimmetrik qalınlaşır, sol mədəciyin çıxış yolunu daraltdığı üçün (təzyiq 30mm.c sütunundan yüksək) sol mədəcikdən aortaya qan axını azalır;
• Qeyri-obstruktiv kardiomiopatiya: Ürək əzələsi simmetrik qalınlaşır, qan axınına birbaşa maneə yaratmır (təzyiq 30 mm.c süt bərabər və ya aşağıdır).

Xəstəliyin diaqnostikası ilkin olaraq ixtisaslı həkim müayinəsi və əsas diaqnostik müayinə üsulu olan exokardioqrafiya (EXO KQ) vasitəsilə aparılır. Ürəyin MRT müayinəsi hipertrofiyanı dəqiq qiymətləndirməyə, əsl səbəbini müəyyənləşdirməklə düzgün diaqnozun qoyulmasına kömək edən qiymətli müayinə üsuludur. Diaqnozun təsdiqi və ağırlaşmaların qiymətləndirilməsi üçün qan testləri (troponin, natriuretik peptid-NP BNP, karnitin, arterial qan qazı testi), EKQ, stress test, Holter monitorinqi və ürəyin kateterizasiyası tətbiq oluna bilər.

Müalicənin əsas məqsədi simptomları azaltmaq, ağırlaşma riskini minimuma endirmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Hər bir xəstəyə sağlam həyat tərzi tövsiyə olunur: zərərli vərdişləri tərgitmək, sağlam qidalanmaq, yuxu və istirahət rejiminə riayət etmək, yüngül və orta fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq, yanaşı xəstəlikləri (hipertenziya, şəkərli diabet və.s) nəzarətdə saxlamaq.

Obstruktiv HKM-lərdə, medikamentoz (dərman) müalicənin qeyri-effektiv olduğu hallarda cərrahi müalicəyə (açıq və qapalı) müraciət olunur. Açıq cərrahi əməliyyatlardan hipertrofiyalaşmış ürək əzələsinin kəsiklə hissəvi çıxarılması (septal miektomiya), mitral qapaq təmiri və ya ürək qapaqlarının protezləşdirilməsi ilə birgə icra olunan miektomiyalar, endovaskulyar (invaziv) əməliyyatlardan septal ablyasiya, implantasiya olunan kardioverter-defibrilyator (ICD) kimi müalicə üsulları tətbiq olunur.

HKM-in müayinə və müalicəsi (stasionar və cərrahi), o cümlədən əməliyyat öncəsi laborator və instrumental müayinələr, reanimasiya xidməti və stasionarda yatış icbari tibbi sığorta təminatı çərçivəsində həyata keçirilir. Xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəsi həyat keyfiyyətinin yüksəldilməsində, ağırlaşmaların qarşısının alınmasında və qəfil ürək ölümü riskinin azaldılmasında vacib rol oynayır.

Məlumat üçün bildirək ki, HKM ürəyin əksər hallarda sol mədəcik, az hallarda sağ mədəcik miokardının istənilən hissəsinin, lakin daha çox mədəcikarası çəpərin (septum) qalınlaşması səbəbindən hipertrofiyasıdır. HKM zamanı mədəciklərarası septumun qalınlaşması qanın sol mədəcikdən aortaya atılmasına maneə yarada bilir ki, bu da öz növbəsində ciddi hemodinamik pozğunluqlara səbəb olur.

Xəstəliyin cərrahi müalicəsi TƏBİB tabeli tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri