Icma.az
close
up
RU
Diafraqmal yırtıqların bərpası icbari tibbi sığorta təminatına daxildir

Diafraqmal yırtıqların bərpası icbari tibbi sığorta təminatına daxildir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Diafraqmanın qida borusu dəliyinin yırtığı diaqnozukontrastlı ezofaqoqrafiya (qida borusunun rentgenoloji müayinəsi) əsasındaqoyulur. Kontrast maddə kimi barium sulfat suspenziyası qəbul etdikdən sonrarentgenoloji müayinə aparılır. Əlavə diaqnostika üçün qida borusunun və mədənin endoskopik müayinəsi aparıla bilər. Bu prosedur qida borusunun selikliqişasının vəziyyətini və ağırlaşmaların inkişaf riskini qiymətləndirməyə imkanverir. Bəzən kompleks diaqnostika üçün ümumi klinik müayinələr və döş qəfəsinin kompüter tomoqrafiyası (KT) aparılır.

Anadangəlmə diafraqmal yırtıq diaqnozu isə doğuşa qədərprenatal ultrasəs müayinəsi, doğuşdan sonra döş qəfəsi orqanlarının rentgen müayinəsinin köməkliyi ilə qoyulur. Bütün bu müayinə metodları icbari tibbi sığorta ilə qarşılanır.

Ən çox rast gəlinən simptomlara qarının yuxarı hissəsində(epiqastral nahiyədə) ağrı, döş sümüyü arxasında yanma hissi, qida qəbulundan sonra qıcqırma, gəyirmə, bəzən ürəkbulanma aiddir. Bəzi hallarda öskürək, köp,ürək ritminin pozulması kimi simptomlarla da özünü göstərir. Diafraqma lyırtığın müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diafraqma dəliyiyırtığının cərrahi yolla bərpası ümumi və torakal cərrah tərəfindən aparılır.

Böyük diafraqmal yırtıqlar səbəbindən medikamentoz müalicəyə tabe olmayan xroniki ezofagitin inkişaf etməsi, yırtıq kisəsinin boğulması təhlükəsinin yaranması, qanaxma, anemiya, qida borusu daralmaları vəçapıq toxumasının əmələ gəlməsi kimi ağırlaşmaların meydana çıxdığı hallarda yırtığın müalicəsi üçün cərrahi əməliyyat icra olunur. Cərrahi müdaxilə zamanı yırtıq qapısının daraldılması, orqanların fizioloji vəziyyətinin bərpası və yaxud hər iki üsulu özündə birləşdirən radikal əməliyyat aparılır. Əməliyyat icbari tibbi sığorta hesabına açıq və laparoskopik üsulla icra olunur. Laparoskopik əməliyyat daha az travmalı olduğundan reabilitasiya dövrü daha sürətli və asan olur.

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi,laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta tərəfindən təmin olunur. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.

Diafraqmal yırtıqların bərpası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində  tibbi göstərişə və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, diafraqmal yırtıq abdominal boşluqdakı orqanların qismən və ya tam olaraq diafraqmanın qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir. Bu patoloji vəziyyət ağırlaşmalara səbəb ola bildiyi üçün vaxtında diaqnozun qoyulması və müalicənin başlanılması olduqca vacibdir. Diafraqmal yırtıqlar anadangəlmə və qazanılmış olur. Anadangəlmə diafraqmal yırtıqlar hamiləliyin ilk 3 ayında radiasiya, zərərli peşə amilləri və bəzi dərman preparatlarının təsiri nəticəsində baş verən genetik mutasiyalar nəticəsində inkişaf edir.

Qazanılmış yırtıqlar bir çox səbəblərin təsirindən yarana bilər. Patologiyanın inkişafına təsir edən əsas amillərə döş qəfəsi vəqarın boşluğu orqanlarının zədələnməsi, bronxial astma, göyöskürək, vərəm zamanı xroniki öskürək, qida borusunun diskineziyası (hərəkətliliyinin pozulması), qida borusu nahiyəsində cərrahi müdaxilələr, qəbizliyə meyillilik, mədə-bağırsaq sisteminin yanaşı xəstəlikləri aid edilir.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri