Icma.az
close
up
RU
Dialoq və milli birlik...

Dialoq və milli birlik...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasi partiyalarla görüşlərin təşkili ictimai münasibətlərin daha yüksək inkişafına yol açır

Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya dialoq mühitinin inkişafına mühüm töhfələr verib. Fərqli siyasi baxışlara malik təşkilatların milli maraqlara söykənən məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca mühüm mənzərə formalaşdırır - xüsusilə, İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirərək siyasi həmrəylik nümunəsinin ortaya qoyulması Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu prosesində əldə etdiyi mühüm nailiyyətdir. Bu proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan müzakirələr siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində əsaslı addımlar kimi dəyərləndirilir. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələrinin, həmçinin tanınmış alimlərin, politoloqların, siyasi şərhçilərin, internet televiziya kanallarının və onlayn media subyektlərinin nümayəndələrinin iştirakı ilə “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Tədbirdə iştirak edən siyasi partiyaların nümayəndələri müzakirə edilən mövzularla bağlı fikirlərini bölüşüblər.

Elşad Musayev: Siyasi qüvvələrlə hakimiyyət arasında dialoq mühiti çox yüksək səviyyədə inkişaf edir

Dəyirmi masa ilə bağlı təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, təşkil olunan dəyirmi masa ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində aparılan siyasi dialoqun yeni bir mərhələsi və təntənəsi kimi qəbul olunmalıdır. Partiya sədri vurğulayıb ki, uzun müddət Azərbaycanda siyasi qüvvələr ilə hakimiyyət arasında bəzi məqamlarda hətta ciddi qarşıdurmalar yaşanıb, qarşılıqlı şəkildə qəbul edilməmə kimi problemlər mövcud olub: “Hətta elə bir dövr vardı ki, siyasi tərəflər arasında görüşlər, danışıqlar xarici qüvvələrin vasitəçiliyi ilə baş tuturdu. Təbii ki, ölkəmizə bu və ya digər şəkildə təsir göstərmək istəyən xarici qüvvələr bu kimi hallardan öz maraqları üçün istifadə edirdilər, həmin görüşlərin kontekstini öz mənafelərinə uyğunlaşdırmağa çalışırdılar. Nəhayətdə buna son qoyuldu və hesab edirəm ki, beş il öncə atılan bu addım, yeni siyasi konfiqurasiyanın əsasının qoyulması  özünün müsbət tərəfləri ilə seçildi. Cənab Prezidentin siyasi iradəsi nəticəsində hakimiyyətlə müxalifət arasında dialoq başladı. Mən deyərdim ki, vaxtilə bu prosesə mane olan bəzi insanlar da prosesdən uzaqlaşdırıldı, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşdırıldı. Bu şöbə siyasi partiyalarla kommunikasiyaların qurulmasına ciddi töhfələr verdilər. Nəticə etibarı ilə hələ 2020-ci ildə 44 günlük müharibə dövründə müxalifətlə iqtidarın vahid mövqedən çıxış etməsinin şahidi olduq, münasibətlər yaxşılaşdı”.

E.Musayev qeyd edib ki, siyasi partiyaların böyük əksəriyyəti münasibətlərin yeni məcrada inkişaf etməsinə öz töhfələrini verirlər. Görüşlər keçirilir, müzakirələr aparılır. Son görüş isə bir daha onu göstərdi ki, Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoq mühiti çox yüksək səviyyədə inkişaf edir. “Təbii ki, bir çox problemlərimiz var, qarşıda mühüm vəziflər, çağırışlar mövcuddur. Bu çağırışlara operativ və keyfiyyətli şəkildə cavab vermək üçün mütləq siyasi dialoq olmalıdır. Keçirilən tədbirdə mən də çıxış etdim. Hər kəs narahat olduğu məsələlərlə bağlı fikirlərini bölüşdü və heç kimə maneçilik yaradılmadı. Hesab edirəm ki, bu yanaşmalar davam etməlidir. Hakimiyyət də, müxalifət də bundan müsbət mənada nəticə çıxarmalıdır. Ölkədə normal, sivil siyasi münasibətlərin varlığı zəruri şərtdir. Bu münasibətlərin  güclənməsi üçün isə belə tədbirlərin böyük əhəmiyyəti var”,  - deyə BAP sədri qeyd edib.

Natiq Cəfərli: Özünə siyasətçi deyən, siyasi partiya rəhbəri olan şəxs görüşdən və dialoqdan yayınmamalı, qaçmamaılıdır

REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Azərbaycanda yeni siyasi konfiqurasiya çərçivəsində iqtidar-müxalifət dialoqunun olmasını, görüşlərin keçirilməsini, müzakirələrin təşkilini kifayət qədər pozitiv hal adlandırıb. O qeyd edib ki, bu yaxşı bir tendensiyadır və artıq analoji istiqamətdə davam edən ənənə  yüksək dəyərləndirilməlidir: “Fevralın 25-də təşkil olunan dəyirmi masa da bu ənənənin davamı kimi yadda qaldı. Müxtəlif məsələlər müzakirə edildi, müxtəlif dövlət qurumlarının nümayəndələrinin çıxışları oldu. Tədbir kifayət ədər məlumatlandırıcı bir mahiyyət kəsb edirdi. Dövlət orqanlarının nümayəndələri ilə yanaşı, siyasi partiyaların nümayəndələrinin də çıxışları oldu və mənim də qısa bir münasibətim oldu. Belə görüşlərin təşkili ilə bağlı öz təşəkkürümü çatdırdım, bu ənəninin davamlı olmasını dilədim. Həm də gələcəkdə görüşlərin konkret məsələlər üzrə keçirilməsini təklif etdik. Bu, daha effektiv ola bilər. Hörmətli Ədalət Vəliyev də bu təklifə pozitiv yanaşma nümayiş etdirdi”.

N.Cəfərli deyib ki, siyasi dialoq məsələsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi dövründə  - 2020-ci ildə başlayıb. Marginal qrupları çıxmaq şərtilə Azərbaycanda demək olar ki, bütün siyasi partiyalar dövlət maraqları, ərazi bütövlüyümüz və suverenliyimiz müstəvisində eyni mövqedən çıxış edib. “Yaxşı xatırlayıram ki, bu, müxtəlif ölkələrin beyin mərkəzlərində, mediasında şok effekti yaratmışdı. Bu kimi məsələlərdə vahid bir cəbhənin olduğunu hamı gördü. Hansısa bir kənar müdaxilənin mümkünsüzlüyü ortaya çıxdı. Müxalifətin iqtidarla müxtəlif məsələlərə fərqli yanaşmamız ola bilər və  bu, normaldır. Amma dövlət maraqları, suverenliyin qorunması məsələlərində fərqli mövqenin olması mümkün deyil. Dövlət məsələsi siyasi partiyaların fövqündə dayanır. Belə bir təməlin üzərində yaranan yeni münasibətlər sonradan sağlam müzakirələr üçün bir qapı açdı. Bu, müxalifət ilə iqtidarın düşmən deyil, rəqib olduğunu və normal şəkildə münasibətlər qura bildiyini sübut etdi”, - deyən REAL rəhbəri dialoqdan yayınan siyasi partiyaları və onların rəhbərlərini anlamadığını önə çəkib: “Özünə siyasətçi deyən, siyasi partiya rəhbəri olan şəxs görüşdən və dialoqdan yayınmamalı, qaçmamaılıdır. Bu çox absurd səslənir. Çünki siyasətçinin işi görüşmək və danışmaqdır. Hətta kəskin fikir ayrılığının olduğu mövzularda belə siyasətin əsas aləti danışıqlar yolu ilə o kəskin fikir ayrılığını ortaq məxrəcə gətirməkdir. Danışmaqdan, görüşməkdən, müzakirlərdən, seçkidən imtina edən siyasi partiya başqa nə işlə məşğul olmalıdır? Getsinlər onda kənd təsərrüfatı ilə məşğul olsunlar ki, heç olmasa cəmiyyətə, xalqa bir xeyir versinlər. O tipli adamların və marginal qrupların gördüyü iş siyasət deyil”.

Musa Ağayev: Biz bir yumruğa çevrilib kənar təsirlərə qarşı əsaslı reaksiya formalaşdırmalıyıq

Yeni Zaman Partiyasının sədri Musa Ağayev də dialoq mühitini yüksək qiymətləndirib və iqtidar-müxalifət münasibətlərinin sivil qaydada, dəyirmi masa arxasında müzakirə əsasında inkişafını əhəmiyyətli sayıb. M.Ağayev qeyd edib ki, sonuncu dəyirmi masa da daxil olmaqla belə görüşlərdə bütün siyasi partiya təmsilçilərinə öz fikirlərini açıq şəkildə ifadə etmək üçün şərait yaradılıb: “Bu öz nəticəsini verir. Dialoq çox gözəl bir ideyadır və vacibdir. Hətta qarşıdakı dövrdə bu proses inkişaf etdirilməlidir. Perspektivdə xüsusilə daxili məsələlərə diqqət daha çox ayrılmalıdır, dialoqun konkret mövzuları müəyyənləşdirilməlidir. Bu gün dünyada yeni təhlükəsizlik arxitekturası formalaşır, yeni siyasi nizam yaranır. Dünya olduqca çətin və gərgin mərhələdən keçir. Bizim regionda da olduqca mühüm siyasi prloseslər gedir, sülh məsələsi gündəmdədir. Bu mənada Azərbaycanda həm daxili, həm də xarici təhdidlərin zərərsizləşdirilməsi üçün mütləq ümummilli məsələlərdə birlik, həmrəylik nümayiş etdirilməlidir. Biz daxilimizdə bir yumruğa çevrilib çətinliklərə, kənar təsirlərə qarşı əsaslı reaksiya formalaşdırmalıyıq. Bu baxımdan iqtidar- müxalifətin dialoquna böyük ehtiyac var”.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və şöbə müdiri Ədalət Vəliyevin bu dəyirmi masaların təşkilində böyük zəhmətinin olduğunu söyləyən M.Ağayev prosesin belə davam edəcəyinə əminliyini ifadə edib. “Dialoqdan yayınmaq isə düzgün addım deyil. Hətta deyərdim ki, dialoqdan yayınmaq birmənalı şəkildə yolverilməzdir. Müxalifət partiyası olaraq bizim özümüzün də bəzi məsələlərə fərqli baxışımız var. Amma bütün məsələlər müzakirə əsasında öz həlliini tapmalıdır. Necə olur ki, AXCP üzvləri vaxtilə parlamentə seçiləndə hər şey yaxşı idi, indi parlamentə seçilməyəndə hər şey pisdir?! Müxalifət ağa qara demək deyil. Belələri özləri özlərini nüfuzdan salırlar”, - deyə M.Ağayev əlavə edib.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri