Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Yeni strateji xətt: Dialoq, birlik və həmrəylik

Yeni strateji xətt: Dialoq, birlik və həmrəylik

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2019-cu ilin noyabrında başlayan, Prezident Administrasiyasından müxtəlif nazirliklərə qədər uzanan kadr və struktur dəyişiklikləri öz nəticəsini çox gözlətmədi.

Dəyişikliyin başlanğıcı ilə sonrakı mərhələlərdə əldə edilən böyük uğurlar arasında zaman baxımından uzun müddət keçməsə də, mahiyyət etibarı ilə böyük dəyişikliklərlə xarakterizə edilir.  

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı Sərəncam ölkənin ictimai-siyasi həyatına yeni və fərqli bir mühit, dinamik bir inkişaf gətirdi. Bununla da Prezident özünün əvvəlcədən bəyan etdiyi və qətiyyətli şəkildə həyata keçirdiyi kompleks islahatlarla cəmiyyətə, dövlətə yeni nəfəs vermiş oldu. Bununla da müasir dövrün tələbləri ilə eynilik təşkil edən islahatlar ölkədə ümumi inkişafı stimullaşdırdı. 

İdarəetmədə çevikliyin təmini dövlət aparatı üçün mühüm amillərdən biridir və proses həm də buna hədəflənmişdi. Sonrakı mərhələlərdə ölkə, dövlət və xalq olaraq əldə edilən böyük uğurlar doğru hədəf və doğru istiqaməti müəyyənləşdirməyin stratej əhəmiyyətini təsdiqləmiş oldu.

Dəyişiklikdən qısa müddət sonra Vətən müharibəsində əldə ediən böyük Zəfər, antiterror əməliyyatı ilə Azəbaycanın suverenliyi və ərazi bütövlüyünün tam təmini, ölkəmizin təkcə regional yox, həm də beynəlxalq səviyyədə əsas aktorlardan birinə çevrilməsi, beynəlxalq kommunikasiyaların açılmasına və inkişafına verilən təminat həm də 6 il əvvəl başlayan dəyişikliklər prosesinin zəruriliyini ortaya qoyur, eləcə də məntiqi nəticəsinə zəmin hazırlayırdı. Azərbaycanın hərtərəfli inkişafı məhz  möhkəm zəmin üzərində qurulduğundan, bu gün 6 il əvvəlki prosesləri daha yaxşı təhlil etmək mümkündür. 

Dəyişiklik ilk növbədə ölkə daxilində milli birlik və həmrəylik əldə edilməsində uğurlu nəticələr qazandırdı.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti nəticəsində ölkədə siyasi mühitin sağlamlaşdırılması, siyasi dialoqun bütün iştirakçılar tərəfindən dəstəklənməsi, milli birlik və həmrəyliyin real nəticələri, dövlət və xalqın mənafeyinin təmininə yönəlmiş sonrakı addımlar məqsədin aliliyi ilə yanaşı, strategiyanın doğruluğunu da isbatlamış oldu.

Ölkədə ilk dəfə real siyasi dialoq mühiti yarandı, siyasi qüvvələr fəaliyyətlərini xalqın və dövlətin maraqları naminə daha sağlam siyasi mühitdə davam edirməyin yaratdığı şəraitdən yararlandılar. Müxtəlif siyasi qüvvələr ambisiyalara yox, sağlam rəqabətə dayanan fəaliyyət yolunu seçdilər. Müxtəlif mənbələrdən təlimat alaraq bu prosesə qarşı çıxanlardan fərqli olaraq, dövlətlə dialoqa əsaslanan münasibətlərin  cəmiyyətdəki müsbət əks-sədasını yüksək qiymətləndirdilər. 

Siyasi dialoq özünü təkcə siyasi qüvvələr arasındakı münasibətlərdə göstərmədi, həm də cəmiyytdə həmin siyasi qüvvələrin tərəfdarları arasında razılıqla qarşılandı. Geniş struktur və kadr dəyişikliyindən qısa müddət sonra Azərbaycanın erməni təxribatına cavab olaraq başlatdığı Vətən müharibəsində qələbəni şərtləndirən əsas amillərdən biri də ölkədə yeni siyasi konfiqurasiya və siyasi qüvvələr arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması hesab olunur. Cəmiyyətdəki siyasi barış Ordu-Prezident-Xalq birliyinin ən yaxşı nümunəsini ortaya qoydu. 

Müharibənin ilk günlərində siyasi partiyaların Prezidenti dəstəkləyən bəyanatları Azərbaycanın haqq mübarizəsinə qarşı başlaya biləcək istənilən təxribatın qarşısını əvvəlcədən almağa hesablanmış mühüm siyasi gediş oldu. Bütün dünya Azərbaycanda iqtidarlı-müxalifətli, bütövlükdə hamının eyni cəbhədə olduğunu gördü. Bu fakt bir daha təsdiqlədi ki, ümummilli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq, siyasi qüvvələr arasında heç bir ayrı-seçkilik yoxdur və hamı bir nəfər kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib. Bu reallıq anti-Azərbaycan qüvvələrinin manipulyasiya imkanlarını əlindən alan əsas faktor oldu. 

Milli birlik və siyasi həmrəylik anti-Azərbaycan qüvvələrin maraqlarına cavab verməsə də, onların təsir imkanları əllərindən çıxdı. Azərbaycanın daxilindən sosial bazası və nüfuzu olmayan bəzi qüvvələr onların təlimatına uyğun hərəkət etsə də, ictimai rəyə və formalaşan münasibətlərə təsir etmək gücündə deyildilər.
Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun tərəmə təşkilatı olan Milli Şura siyasi partiyaların birgə fəaliyyətindən kənarda qaldılar. Onların bu mövqeyi ermənipərəst mərkəzlərlə üst-üstə düşürdü. Bu, bir daha bu qüvvələrin korporativ maraqlarını milli məsələlərdən üstün tutduqlarının təsdiqi idi. 

Postmüharibə dövründə də bu islahatların məntiqi davamı cəmiyyətin marağında olan əsas məsələlərdən biri idi. Dövlətin apardığı strateji xətt də məhz bu prosesin davamlı və siyasi həyatda oturuşmasına hesablanırdı. Bu gün də siyasi partiyalar arasında müasir çağırışlara uyğun, sivil münasibətlər öz mövcudluğunu qoruyub saxlayır. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bu fakt da özlüyündə ölkədə siyasi təşkilatların nüfuzunun və sosial bazasını artmasına şərait yaradır.  “Siyasi partiyalar haqqında” yeni qanun da öz praktik nəticələrini göstərir və  partiyaların inkişafına böyük töhfə verir. 

Müharibədəki şanlı qələbədən sonra azad edilmiş torpaqlarda aparılan tikinti-yenidənqurma, abadlıq işlərinin gedişi ilə tanış olmaq üçün siyasi partiya rəhbərləri, media nümayəndələri, ekspertlərin iştirakı ilə təşkil olunan silsilə səfərlər 2019-cu ildən əldə edilən dialoq və qarşılıqlı anlaşma mühitinin ölkənin taleyində aparıcı rolunu bir daha təsdiqləyir.   

Bir daha əyani olaraq təsdiqlənir ki, siyasi dialoq, milli birlik və həmrəylik, partiyalar arasında etimad, iqtidar-müxalifət münasibətlərinin sivil qaydalarla tənzimlənməsi siyasi mühitin sağlamlaşdırılması, ambisiyaların təmininə  yox, dövlətin və xalqın mənafeyinə yönəlik siyasətdə uğurlu nəticəyə zəmanət verir.

Cəmiyyətdə də müsbət impulslar yaradan pozitiv ruh müharibədə olduğu kimi, müharibədən sonrakı dövrdə də Prezident İlham Əliyevin daxili və xarici siyasətinin xalq tərəfindən dəstəklənməsinin 6 il əvvəlki islahatların planlı və stateji baxımdan xüsusi əhəmiyyət daşıdığının bir daha aydın göstərir. 

 “Cebhe.info”

Analitik Qrupu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri