Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Bankların keşbek faizləri Yanvar 2026

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Diaspor Ermənistanı yeni böhrana sürükləyir

Diaspor Ermənistanı yeni böhrana sürükləyir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sasunyanın məqaləsi radikal düşüncənin köhnəlmiş əks-sədasıdır

Okeanın o tayında fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi və Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un “Hay Data” ofisi adlanan bədnam qurumların Azərbaycanla Ermənistan arasında avqustun 8-də sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətninin paraflanmasına qarşı çıxmaları barədə məlumat vermişdik. Deyəsən, sülhə pəl vurmaq növbəsi bu dəfə “The California Courier” qəzetinin baş redaktoru Arut Sasunyana çatıb. Onun bugünlərdə yazdığı və adıçəkilən qəzetdə dərc olunan “Sülh müqaviləsi”: Ermənistanın alçaldıcı kapitulyasiyası” sərlövhəli məqalə belə deməyə əsas verir.

Bəri başdan bildirək ki, məqalə Sasunyanın başdan-ayağa qərəzli yanaşmasını özündə əks etdirir. O bildirib ki, Bakı və İrəvan arasında bir neçə il davam edən gərgin və birtərəfli danışıqlardan sonra bu ilin martında tərəflər, nəhayət ki, sülh müqaviləsinin bütün 17 bəndi üzrə razılığa gəldiklərini bəyan ediblər. Buradaca bildirək ki, Sasunyanın sülh sazişini qondarma adlandırması, bu sözü dırnaq işarəsi içində yazması diqqətdən yayınmır. İddia edib ki, Ermənistan Azərbaycanın diktə etdiyi bütün şərtləri qəbul edib: “Lakin Ermənistan imzalanma tarixini təyin etməyi xahiş etdikdə, Bakı bundan boyun qaçırdı. Baş nazir Nikol Paşinyanın əlavə güzəştlərə getməyə hazır olduğunu nəzərə alaraq, Azərbaycan yeni tələblər irəli sürmək üçün yekun imzalanmanı təxirə saldı. Hətta ABŞ Prezidenti Donald Tramp sazişi imzalamaq üçün tərəfləri Ağ Evə dəvət etdikdən sonra Azərbaycan bundan imtina etdi. Nəticə etibarilə, saziş yalnız əvvəlcədən paraflanıb və mütləq hüquqi qüvvəyə malik deyil”.

Tərəflərin avqustun 11-də rəsmi olaraq “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” adı altında sənədin tam mətnini dərc etdiklərini qeyd edən Sasunyan belə təxribatçı suallar qaldırıb: “Ermənistan necə “sülh müqaviləsi” imzalaya bilər ki, Azərbaycan qoşunları 2021-ci ildən Ermənistan ərazisinin bir hissəsini “zəbt edib”. Bakı həbsxanalarında “erməni əsirlər” saxlanılır. “Artsaxdan olan 120 min məcburi köçkün” (?) öz doğma yurdlarına (?) qayıtmaq imkanından məhrumdur”.

Sasunyan yazıb ki, ədalətli, hərtərəfli və davamlı sülh vədi nəcib səslənsə də, hələlik boş sözlər olaraq qalır: “Əgər sülh həqiqətən ədalətli və davamlıdırsa, heç kim onun əleyhinə deyil. Amma Azərbaycanın daimi təhdidləri (?) bunun əksini deyir. Ona sülh yox, erməni torpaqları (?) lazımdır”.

Bundan sonra 17 maddədən ibarət sazişin qısa icmalını verən, daha doğrusu, onu bənd-bənd təftiş edən Amerika ermənisi yalnız sonuncu iki maddəni tənqid etməyib. Bu qənaətə gəlib ki, sonuncu maddələr neytraldır və tənqidə tuş gəlmir.

Sasunyan sazişi “təslimçilik sənədi” adlandırıb və təzyiq altında imzalandığı üçün (?) onun beynəlxalq hüquqa görə heç bir hüquqi qüvvəsinin olmadığını iddia edib: “Paşinyan seçiciləri 2026-cı il seçkilərində onu hakimiyyətdə saxlamağa inandırmaq üçün sülh sazişinin mənasını təhrif edir.

O, daha sonra erməni xalqına sazişi qəbul etməmək üçün, necə deyərlər, “yol xəritəsi” təqdim edir: “Mümkün addımlardan ən başlıcası sazişin yekun imzalanmasına qədər Paşinyanın vəzifədən uzaqlaşdırılmasıdır. Əgər bu baş tutmasa, qarşıdan gələn referendumda yeni konstitusiyanın əleyhinə səs verin ki, bu da Azərbaycanı razılaşmadan imtina etməyə, Paşinyanı isə istefaya göndərməyə məcbur edə bilər. Əgər Konstitusiya Məhkəməsi və Paşinyan parlamenti (?) istənilən halda sazişi ratifikasiya etsə, xalq yenə də referendumda ondan imtina edə bilər. Son nəticədə Ermənistanın gələcək patriotik hökuməti sazişi, eləcə də “Tramp marşrutu” sazişini etibarsız sayaraq onu ləğv edə bilər”.

***

Göründüyü kimi, A.Sasunyanın fikirləri başdan-ayağa cəfəngiyyatdır. Məqalə faktların təhrifi, qərəzli yanaşma və revanşizm elementləri ilə doludur. Onun fikirlərinin tənqidinə keçməzdən öncə qeyd edək ki, Sasunyan 1950-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. Özünü erməni əsilli amerikalı yazıçısı və ictimai fəal adlandırır. 10 il BMT-nin Cenevrə bölməsində insan hüquqları üzrə qeyri-hökumət nümayəndəsi vəzifəsində çalışıb. O, Ermənistana 720 milyon dollarlıq humanitar yardım göstərmiş Birləşmiş Erməni Fondunun prezidenti və Hayastanda 242 milyon dollarlıq infrastruktur layihələrini maliyyələşdirən Kirk Kerkoryanın Lincy Fondunun keçmiş sədr müavini olub. Sasunyan 1983-cü ildən Kaliforniya ştatının ermənilərin çoxluq təşkil etdikləri Qlendeyl şəhərində ingilisdilli erməni həftəlik qəzeti olan “The California Courier”in baş redaktorudur. Qəzet özü isə ABŞ-da 1958-ci ildən nəşr olunur.

Sasunyanın məqaləsi bir daha göstərir ki, ABŞ-da yaşayan bəzi erməni diaspor rəhbərləri bu gün də reallığı qəbul etmək istəmirlər. Onlar üçün ən böyük faciə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, bölgədə yeni siyasi düzənin formalaşması və Ermənistanın qonşuları ilə normal münasibətlər qurmaq məcburiyyətində qalmasıdır. Sasunyanın məqalədə irəli sürdüyü arqumentlər qeyd etdiyimiz kimi, qərəz üzərində qurulub və erməni əsilli amerikalılara, eləcə də Ermənistan cəmiyyətinə yanlış mesaj vermək məqsədi daşıyır. Əslində isə o, öz yazısı ilə radikal düşünsədə, köhnə stereotiplərin əsiri olduğunu göstərir.

Birincisi, Sasunyan iddia edir ki, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Halbuki, bu yanaşma həm danışıqlar prosesinə, həm də diplomatik məntiqə tamamilə ziddir. Azərbaycan heç vaxt birtərəfli qaydada qarşı tərəfə təzyiq göstərməyib. Əksinə, sülh sazişi bir neçə il davam edən gərgin müzakirələrin, əvvəlcə vasitəçilərin iştirakı ilə, sonra isə vasitəçisiz danışıqların məhsuludur. Sasunyanın, guya, Bakının imzalanmanı süni şəkildə təxirə saldığı barədə fikirləri də həqiqəti əks etdirmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sənədinin imzalanması üçün zəruri siyasi iradə mövcuddur, amma bu sənədin real nəticə verməsi üçün Ermənistanın bir sıra ev tapşırıqlarını yerinə yetirməsi vacibdir. ATƏT-in Minsk qrupunun hüquqi cəhətdən ləğv edilməsi ilə bağlı ölkəmizin tələbinin yerinə yetirilməsindən sonra hazırda sazişin imzalanmasına əngəl olan yeganə məqam Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarının qalmasıdır. Bu məsələ də öz həllini tapanda saziş imzalana bilər.

İkincisi, Sasunyan ümumi “xor”a qoşularaq Azərbaycanda “erməni əsirlər”in saxlanıldığını iddia edir. Halbuki, müharibə bitdikdən sonra bütün hərbi əsirlər Ermənistana təhvil verilib. Bu gün İrəvanın “əsir” kimi təqdim etməyə çalışdığı şəxslər Azərbaycana və onun xalqına qarşı konkret ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərdir. Beynəlxalq hüquqa görə, onların statusu “əsir” deyil. Sasunyanın bu faktı bilərəkdən təhrif etməsi onun məqsədini ortaya qoyur.

Üçüncüsü, Sasunyan hələ də “Artsax” uydurmasından danışır və 120 min erməninin, guya, məcburi köçkün olduğunu iddia edir. Azərbaycan dəfələrlə bəyan edib ki, öz vətəndaşlığı altında yaşamaq istəyənlər müvafiq prosedurlardan keçməklə geri qayıda bilərlər. Bu mənada Sasunyanın “məcburi köçkünlük” ifadəsi tamamilə əsassızdır.

Onun sülh sazişini “təslimçilik sənədi” adlandırması, əslində, Ermənistan cəmiyyətinə düşmənçilik mesajıdır. Erməni xalqına, guya, bu sənədin hüquqi qüvvəsinin olmadığını təlqin etməsi isə həm beynəlxalq hüquqa, həm də diplomatik qaydalara açıq hörmətsizlikdir. Əgər bu sənədin heç bir qüvvəsi yoxdursa, bəs nə üçün Ermənistan və Azərbaycan rəsmi şəxsləri bu qədər uzun müddət ərzində onun üzərində çalışıb? Bu cür yanaşma, sadəcə, daxili siyasi mübarizədə Paşinyana qarşı təzyiq vasitəsidir.

Sasunyanın Paşinyanı devirməklə bağlı çağırışları göstərir ki, ABŞ-dakı radikal erməni dairələri Ermənistanın dövlət maraqlarını deyil, şəxsi siyasi məqsədlərini güdürlər. O, xalqı referendumda yeni konstitusiyanın əleyhinə səs verməyə, parlament və Konstitusiya Məhkəməsinin qərarlarını tanımamağa səsləməklə faktiki olaraq dövlətçiliyə qarşı çıxır. Bu, Ermənistanı daha dərin böhrana sürükləyə bilər. Əslində, Sasunyan və onun kimilər Ermənistanın sülh sazişini imzalamaqdan başqa çıxış yolunun olmadığını anlayırlar. Azərbaycan 30 illik işğala son qoyub, dövlət sərhədlərini bərpa edib və regionda yeni reallıqlar yaradıb. Bu gün Ermənistanın təhlükəsizliyi, iqtisadi inkişafı, beynəlxalq arenada nüfuzu yalnız qonşularla münasibətlərin normallaşmasından keçir. Bu, sadəcə Azərbaycanın mövqeyi deyil, həm də beynəlxalq aləmin qəbul etdiyi reallıqdır. Sasunyan kimilər isə hələ də xəyallarla yaşayır, Ermənistana qeyri-real yol xəritələri təklif edirlər. Onun yazısı bir daha sübut edir ki, xaricdə oturub radikal çağırışlar edənlər nə Ermənistan cəmiyyətinin problemlərini anlayır, nə də gələcək üçün məsuliyyət daşıyırlar. Ermənistana bu gün lazımi olan destruktiv çağırışlar deyil, real siyasət və praqmatik yanaşmadır. Sülh sazişi isə bu istiqamətdə yeganə çıxış yoludur.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see405

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see159

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see156

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see148

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see145

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see142

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see141

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see135

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see135

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri