Icma.az
close
up
RU
Revanşizm siyasəti Ermənistanı yeni risklərə sürükləyir ŞƏRH

Revanşizm siyasəti Ermənistanı yeni risklərə sürükləyir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Ermənistanın Rusiya ilə yanaşı, Fransanın da forpostuna çevrilmək istəyi ilə bağlı səbəblərdən birini Baş nazir Nikol Paşinyan il yarım əvvəlki açıqlamalarından birində izah etmişdi. Bildirmişdi ki, uzun düşüncə və müzakirələrdən sonra bir deyil, bir neçə böyük dövlətdən asılılığın onlar üçün daha məqsədəuyğun olduğu qənaətinə gəlib. Paşinyan bunu, nə qədər paradoksal səslənsə də, “müstəqillik formulu” kimi təqdim edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

“Burada onların dövlətçilik təcrübələrinin olmaması öz təsirini göstərir. Eyni zamanda, xislət məsələsi. Qonşularımız, çox təəssüf ki, nə səbəbsiz nifrətlərindən qurtula bilir, nə də uzaq keçmişdə olmayan acı təcrübələrdən düzgün nəticə çıxarırlar. Biz orada indi də məhz Fransa kimi dövlətlərə arxalanaraq necə revanşizmə hazırlaşdıqlarını və bunu sülhdən dəm vura-vura etdiklərini çox yaxşı görürük. Özü də burada aysberqə bənzəyən, yəni daha böyük hissəsi gizlədilən revanşizmdən söhbət gedir. Açıq-aşkar görünən odur ki, Fransanın gizli revanşistlərə yanaşması ilə Rusiyanın açıq revanşistlərə yanaşması arasında heç bir fərq yoxdur. Hər iki dövlətin onlardan faydalanmaq niyyətləri də eyni mahiyyətlidir”, - deyə deputat vurğulayıb.

S.Alıyevin sözlərinə görə, hayların böyük bir hissəsi bu gün Rusiyanı tənqid və təhqir edir, ümidlərini doğrultmadığını deyirlər, amma nədənsə unudurlar ki, təqribən bir əsr öncə Fransa da eyni şeyi etmişdi.

“Fransa o dövrdə, hər halda, qlobal oyunçu sayılırdı. İndi isə Ermənistan nə qədər dövlət sayılırsa, Fransa da öz prezidenti ilə birlikdə bir o qədər qlobal oyunçudur. Onun bu regionda həyata keçirdiyi siyasət təkcə Fransanın deyil, həm də üzv olduğu və bir çox hallarda adından çıxış etdiyi qurumun - Avropa İttifaqının mövqelərinə zərər vurur. Əminəm ki, avropalılar bir gün bunu Fransanın diqqətinə açıq şəkildə çatdıracaqlar, bəlkə də artıq çatdırırlar.

Ermənistana gəldikdə isə, oradakı cəmiyyətin düşünmək üçün hələ bir qədər vaxtı qalır. Qoy onlar fikirləşsinlər: onlara hansı yol daha sərfəlidir, qonşularla qarşılıqlı maraqlara əsaslanan normal əməkdaşlıq, yoxsa düşmənçilik yolu? Çünki bu ikinci yol onları hansısa qüvvələrin əlində vasitəyə çevrilmək və nəticədə yenə də ağır reallıqlarla üz-üzə qalmaq riski ilə qarşı-qarşıya qoyur”, - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri