Icma.az
close
up
RU
Ermənistanı kimlər gərginliyə sürükləyir?

Ermənistanı kimlər gərginliyə sürükləyir?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sülh istəməyənlər siyasi səhnəni tərk etmək istəmirlər

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, daxili siyasi hərarət də artır. Bu prosesdə Erməni Apostol Kilsəsinin qızışdırıcı rol oynaması xüsusilə diqqəti cəlb edir. Hakimiyyətlə kilsə arasında əvvəllər pərdə arxasında qalan narazılıqlar son aylar açıq qarşıdurma mərhələsinə keçib. Bu qarşıdurma cəmiyyətdə yeni suallar və narahatlıqlar doğurur. Kilsənin siyasi proseslərə bu qədər açıq müdaxiləsi ölkədə onsuz da zəif olan ictimai münasibətlər sistemini daha da sarsıdır. Hakimiyyətin yaranmış vəziyyəti nəzarətdə saxlamaq üçün sərt mövqe nümayiş etdirməyə çalışdığı da diqqətdən yayınmır. Nəticədə, Ermənistan seçkilərə parçalanmış və gərgin mühitdə gedir.

Ölkədəki durumu gərginləşdirməyə çalışan şəxslərdən biri də hazırda istintaq təcridxanasında saxlanılan zəngin iş adamı Samvel Karapetyandır. Onun adı son vaxtlar müxtəlif siyasi proseslərdə hallanır. Karapetyanın maliyyə imkanlarının hazırda müəyyən dairələr tərəfindən təsir aləti kimi istifadə edildiyi barədə iddialar yayılır. Onun kilsəni cidd-cəhdlə müdafiə etməsi iqtidarla bütün ermənilərin katolikosu arasındakı qarşıdurmanı daha da dərinləşdirir. Samvel həbsdə olduğu dövrdə “Öz yolumuzla” adlı “xalq hərəkatı” yaradıb. Hazırda həmin hərəkata Samvelin qardaşı oğlu Narek Karapetyan koordinatorluq edir.

Narek bu günlərdə iddialı bəyanat səsləndirib. O, diz çökməyəcəklərini, bərabər mövqedən sülhə nail olacaqlarını bildirib. Karapetyan birliyin vacibliyini vurğulayıb: “Bizə necə qalib gələ bilərlər? Bizi bir-birimizdən ayırmaqla. Üç gün əvvəl Eçmiədzində idik. Nə qədər bölünmüş olduğumuzu bilirsinizmi? Polis əməkdaşları ortada dayanıb soruşdular: “Siz kilsəni müdafiə edirsiniz, yoxsa Nikolu dəstəkləyirsiniz?”. Deyirdilər ki, əgər kilsəni müdafiə edirsinizsə, sağa dönün. Nikolu dəstəkləyirsinizsə, sola dönün. Amma onlar nəzərə almırlar ki, biz hamımız erməniyik”. O, hər kəsin kilsəni müdafiə etməli olduğunu vurğulayıb.

Baş verən son hadisələri şərh edən politoloq Ayk Nahapetyan isə “Aysor.am” saytına bildirib ki, baş nazir Nikol Paşinyanın və onunla birlikdə Erməni Apostol Kilsəsinə və katolikosa qarşı çıxan bir sıra ruhanilərin hərəkətlərinə yalnız daxili siyasi proses kimi baxmaq olmaz. Onun sözlərinə görə, problem daha dərin və daha qlobaldır: “Bu, kilsə və ya Nikol Paşinyanla bağlı məsələ deyil. Əsas sütunlarından biri olan Erməni Apostol Kilsəsi və bütün pravoslav xristian dünyası təhlükə altındadır”. Politoloqun sözlərinə görə, hazırda kilsənin bir hissəsini parçalayıb “yeni kilsə” kimi təqdim etməyə yönəlmiş proqram həyata keçirilir. İddia edib ki, oxşar ssenari artıq Ukraynada da reallaşıb. “Ukraynada Ukrayna Pravoslav Kilsəsi var idi, sonra Pravoslav Ukrayna Kilsəsi yaradıldı. İndi onlar eyni şeyi Ermənistanda da həyata keçirməyə çalışırlar. Ermənistanda 12 yeparxiya əsasında yeni bir kilsə strukturu yaratmaq və Erməni Apostol Kilsəsini, faktiki olaraq, parçalamaq cəhdi göstərilir”.

Nahapetyan əmin olduğunu bildirib ki, qlobalist qüvvələr həm Ukraynada, həm də Ermənistanda kilsə strukturlarını parçalamaqda maraqlıdırlar. “Ukrayna Pravoslav Kilsəsini parçalamaqda kim maraqlı idi? Əlbəttə ki, qlobalistlər”, – deyə o bildirib.

***

Hayastanda yaranmış mövcud vəziyyət göstərir ki, ölkəni gərginliyə sürükləyən əsas təhlükə təkcə hakimiyyətlə kilsə arasındakı açıq qarşıdurma deyil. Bu qarşıdurmadan öz maraqları üçün istifadə edən, cəmiyyəti qəsdən parçalamağa çalışan şəxslər və qruplar prosesi daha təhlükəli məcraya yönəldir. S.Karapetyan və onun ətrafında formalaşan çevrə bu baxımdan xüsusilə diqqət çəkir. Həbsdə olan bir iş adamının siyasi gündəmi müəyyən etməyə çalışması artıq Ermənistan üçün adi hala çevrilib. Karapetyanın kilsəni fanatik şəkildə müdafiə etməsi dini dəyərlərlə bağlılıqdan irəli gəlmir. Burada söhbət kilsənin arxasında gizlənərək siyasi təsir imkanlarını qorumaq cəhdindən gedir. Kilsə onun üçün xalqın mənəvi dayağı yox, hakimiyyətə təzyiq alətidir. Bu yanaşma isə cəmiyyətdə süni gərginlik yaradır, insanları bir-birinə qarşı qoyur. Hakimiyyətlə katolikos II Qaregin arasındakı qarşıdurmanın dərinləşməsində Karapetyan faktorunun rolu aşkardır.

“Öz yolumuzla” adlanan qondarma “xalq hərəkatı” da mahiyyət etibarilə xalqın yox, dar çevrənin maraqlarına xidmət edir. Həbsdə olan bir şəxsin adından yaradılan bu struktur ailə biznesi kimi idarə olunur. Koordinator postuna qardaşı oğlunun gətirilməsi də bunu təsdiqləyir. Burada nə demokratik yanaşmadan, nə də real ictimai dəstəkdən danışmaq mümkündür. Sadəcə, böyük pullar və köhnə iddialar yeni şüarlarla ortaya çıxarılır.

Narek Karapetyanın son bəyanatları isə vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir. “Diz çökməmək, bərabər mövqedən sülhə nail olmaq” kimi ifadələr ilk baxışdan iddialı səslənsə də, əslində, açıq qarşıdurma çağırışıdır. Bu ritorika sülhə yox, toqquşmaya hesablanıb. Xüsusilə onun Eçmiədzində insanların hansı tərəfdə olduqlarına görə ayrılmasını normal kimi təqdim etməsi cəmiyyət üçün ciddi təhlükədir. Bu, artıq fikir ayrılığı deyil, açıq bölücülükdür. Karapetyanların çıxışlarında “hamımız erməniyik” sözləri tez-tez səslənsə də, real addımlar bunun əksini göstərir. Onlar cəmiyyəti kilsəni dəstəkləyənlər və hakimiyyəti dəstəkləyənlər kimi ayırır, ortaq mövqeni mümkünsüz hala gətirirlər. Bu yanaşma Ermənistanı daxildən zəiflədir, onu idarəolunmaz vəziyyətə sürükləyir. Ən təhlükəli məqam isə onların Azərbaycanla sülh prosesinə açıq şəkildə qarşı çıxmalarıdır. Karapetyan çevrəsi üçün sülh düşmən obrazının dağılması deməkdir. Çünki gərginlik nə qədər uzun sürərsə, revanşist şüarlar bir o qədər rahat satılır. Sülh isə bu dairələrin bütün arqumentlərini puça çıxarır. Məhz buna görə onlar sülhü zəiflik, dialoqu isə təslimçilik kimi təqdim etməyə çalışırlar. Halbuki Ermənistanın real çıxış yolu daxili sabitlikdən və Azərbaycanla normal münasibətlərin qurulmasından keçir. Kilsə adı altında aparılan siyasi oyunlar, maliyyə gücü ilə yönləndirilən küçə ritorikası ölkəni yeni fəlakətlərə aparır. Karapetyanlar isə bu prosesdə xilaskar yox, dağıdıcı rol oynayırlar. Bu gün Ermənistanda sülhə qarşı çıxan hər kəs, əslində, ölkənin gələcəyinə qarşı çıxır. Samvel və Narek karapetyanların fəaliyyəti bunu açıq şəkildə göstərir. Onların hədəfi nə xalqın rifahıdır, nə də dövlətin güclənməsi. Hədəf hakimiyyət uğrunda mübarizəni uzatmaq və köhnə təsir imkanlarını qorumaqdır. Bunun, necə deyərlər, bədəlini isə yenə Ermənistan vətəndaşı ödəyir.

Ayk Nahapetyanın fikirlərinə gəldikdə isə bu, Ermənistanda kilsə–hakimiyyət qarşıdurmasının hansı çərçivədə təqdim olunmağa çalışıldığını aydın göstərir. O, prosesi sırf daxili siyasi mübarizə kimi yox, daha geniş kontekstdə izah etməyə üstünlük verir və məsuliyyəti Paşinyanın üzərinə atmağa çalışır. Bu yanaşma erməni cəmiyyətində yaranmış gərginliyi xarici təsirlərlə əsaslandırmaq cəhdidir və faktiki olaraq, problemlərin kökünü ölkədaxili idarəçilik böhranından yayındırır.

Nahapetyanın kilsənin parçalanması ilə bağlı iddiaları Ermənistan daxilində qorxu və narahatlıq mühitini gücləndirməyə hesablanıb. “Yeni kilsə” ssenarisi barədə deyilənlər konkret faktlardan daha çox ehtimallara söykənir və ictimai rəyə təsir məqsədi daşıyır. Bu cür çıxışlar kilsəni müqəddəs toxunulmaz zona kimi təqdim edərək onu istənilən tənqiddən kənarda saxlamağa xidmət edir. Ümumilikdə Nahapetyanın mövqeyi kilsə ətrafında formalaşmış köhnə təsir dairələrinin öz mövqelərini qorumaq cəhdini əks etdirir. Bu cür şərhlər real problemlərin həllinə deyil, qarşıdurmanın daha da dərinləşməsinə xidmət edir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri