Icma.az
close
up
RU
Dicey qızın Putinin övladı olduğu iddia edilir

Dicey qızın Putinin övladı olduğu iddia edilir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya prezidenti Vladimir Putinin övladı olduğu iddia edilən və dicey kimi tanınan Luiza Rozovanın üzərindən Putinin vəfat etmiş dostunun adı olan sənədlər tapılıb.
Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, prezident Putinin qızı olduğu iddia edilən Yelizaveta Krivonoqixin (Bu qız həmçinin Luiza Rozova kimi də tanınır) Yelizaveta Oleqovna Rudnovanın adına olan Rusiya pasportu da var.
V. Putinin iddia edilən qızının gizli sənədlərlə, yəni Rudnova soyadı altında Parisdəki nüfuzlu təhsil müəssisəsində oxuduğu, həm də "ICART" adlanan Parisin İdarəetmə və İncəsənət Məktəbində təhsil aldığı bildirilir.
Araşdırma aparan jurnalistlər sənədlərlə sübuta yetiriblər ki, 2021-ci ildə "Sirena Travel" Avia bron sistemində həmin ilə aid iki təyyarə bileti aşkar edilib. Bu biletləri eyni şəxs alsa da, Yelizaveta Krivonoqix ilə eyni ildə və eyni gündə doğulan, həm də bütün bioqrafik məlumatları tamamilə eyni olan Rusiya vətəndaşı Yelizaveta Oleqovna Rudnova adlı qadın da alıb.
Rudnova bu biletləri alan zaman Yelizaveta Krivonoqixin əvvəllər istifadə etdiyi telefon nömrəsindən - yeməklərin çatdırılması xidmətlərindən xüsusi sifariş verəndə və onlayn alış-veriş saytlarında qeydiyyatdan keçəndə, üstəlik, Paris şəhərində elektrik skuterinin icarəsi vaxtı qeydiyyatdan keçmiş bu mobil telefonun nömrəsindən istifadə edib.

Müxtəlif mənbələrdən daxil olan tutarlı dəlillər və məlumatlar da təsdiq edir ki, Krivonoqix ilə Rudnova adlı qadın əslində eyni şəxsdir.
Hava səyahətləri ilə bağlı məlumat bazasına görə, 2021-ci il avqustun əvvəlində Yelizaveta Rudnova beynəlxalq pasportla təxminən iki dəfə Soçidən Sankt-Peterburqa uçub. Bir dəfə isə hətta müəmmalı fiqur kimi tanınan və Putinə yaxın çevrənin üzvü olan, müxtəlif dairələrdə özünü insanlara iş adamı kimi təqdim edən İvan Verbitskinin belə Luiza ilə eyni zirehli təyyarədə uçduğu, Putinin qızının hansısa işlərini qaydaya saldığı deyilir.
"Yandex"-in qida məlumat bazasına görə, 2021-ci ildə Verbitski prezidentin doğma şəhəri Sankt-Peterburqdakı elit, eləcə də bahalı restoranlardan Krivonoqixlə eyni ünvana çatdırılma yeməklər sifariş edib.
Rudnova soyadının seçilməsi belə "heç də təsadüfi deyil". Oleq Rudnov Rusiya prezidentinin maraqları naminə dəfələrlə Kremlin işinə yarayan, "incə tapşırıqlar" yerinə yetirən bir şəxs kimi Putinin çoxdankı dostudur.
"Layihə" araşdırmalar mərkəzi ilə bərabər "Agentlik" nəşri və Ukraynanın "TCH" telekanalı tərəfindən bu il, noyabr ayının 27-də təqdim edilən Rusiyanın dövlət başçısı Vladimir Putinin qızı Luiza ilə bağlı materiallar çox böyük əks-səda doğurub.
Sənədlərə görə, Luiza yenidən bu şəhərə dönüb. Daha sonra isə prezidentin övladı 2006-cı ildə Sankt-Peterburq şəhərinin mərkəzində 200 metrlik bir mənzil alıb.
Nəşr yazır: "Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Vladimir Putinin köhnə dostu, heç vaxt öz sağlamlığından şikayət etməyən piterli Oleq Rudnov 2015-ci ildə qəfildən vəfat edib”.
Rusiya prezidenti Vladimir Putinin iddia edilən qızı haqqında ilk dəfə 2020-ci ildə dərc edilən "Layihə"-nin araşdırmasında məlumat verilib. Nəşr həmçinin daha bir faktı da qeyd edib ki, Putinin qızı olan bu qadının anası Svetlana Krivonoqix Rusiya prezidenti ilə yaxın tanışlığının sayəsində "Rossiya" bankında pay alıb.
Kreml rəsmiləri isə yazılanları tamamilə sərsəm istintaqa bənzədiblər. Vladimir Putinin 21 yaşlı dicey Luiza Rozovanın atası olması ilə bağlı materialları çox əhəmiyyətsiz adlandıran Kreml dərc olunan yazıları, araşdırmaları "təxribatçı, sarılıq xəstəliyinə tutulmuş" qeyri-ciddi medianın xəstə təfəkkürlü uydurmaları adlandırıb.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:403
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri