Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

“Die Meister, Die Besten...”

“Die Meister, Die Besten...”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında yeni mövsümün hekayəsi belə başlayıb

“Die Meister, Die Besten, Les grandes équipes, The champions”. Bu sözlər Çempionlar Liqasının məşhur himninin sədaları altında qarşıdakı bir neçə ay ərzində yenidən Avropanın ən böyük stadionlarında eşidiləcək. Azarkeşləri ən güclü komandaların, parlayan ulduzların və köhnə rəqiblərin mübarizəsi – qitənin ən böyük klub mükafatı uğrunda maraqlı yarış gözləyir.

2026/27-ci illər UEFA Çempionlar Liqası UEFA-nın təşkil etdiyi Avropanın əsas klub turnirinin 72-ci, yarışın Avropa kubokundan UEFA Çempionlar Liqasına çevrilməsindən sonra isə 35-ci mövsümüdür.

Liqa mərhələsi sentyabrın 8-də başlayıb və 2027-ci il yanvarın 27-nə kimi davam edəcək. 36 komanda növbəti mərhələyə vəsiqə verən 24 yer uğrunda mübarizə aparır. Sonra “məğlub çıxır” prinsipi ilə davam edəcək mərhələlər isə fevralın 16-17-də başlayacaq və 5 iyun 2027-ci il tarixində keçiriləcək finalla yekunlaşacaq. Həlledici oyun Madridin “Metropolitano” stadionunda olacaq. Bu arena 2019-cu ildən sonra ikinci dəfə Çempionlar Liqası finalına ev sahibliyi edəcək.

***

Qarşıdakı oyunlara nəzər salmazdan əvvəl ötən mövsümün nəticələrini xatırlamağa dəyər. 2025/26-cı illər Çempionlar Liqasının finalında “Pari Sen-Jermen” və “Arsenal” komandaları üz-üzə gəlmiş, əlavə vaxtdan da sonra hesab 1:1 olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşmişdi. Nəticədə Fransa çempionu 4:3 hesabı ilə qalib gəlmişdi.

189 matç ərzində ümumilikdə 655 qol vurulmuşdu ki, bu da hər oyuna orta hesabla 3,47 qol deməkdir. Qarşılaşmaları tribunadan izləyən azarkeşlərin orta sayı isə 44 326 nəfər olub.

“Real Madrid”in hücumçusu Kilian Mbappe 15 qolla yarışın bombardiri olub. PSJ-li Xviça Kvaratsxeliya turnirin ən yaxşı oyunçusu, “Real Madrid”li Arda Güler isə ən yaxşı gənc futbolçusu seçilib.

Yeni mövsümə ikiqat son çempion kimi başlayan PSJ yenə uğurlu çıxış edərək ÇL dövründə turniri ardıcıl üç dəfə qazanan ikinci komanda ola biləcəkmi? Növbəti finala çıxmaq isə PSJ-ni “Milan” (1993-1995), “Yuventus” (1996-1998) və “Real Madrid”lə (2016-2018, hər üçündə qalib gəlib) eyni sıraya gətirəcək. Turnirin adı dəyişdirildikdən sonra ardıcıl üç finala çıxmağı məhz yuxarıda adları çəkilən klublar bacarıblar.

Lakin idman üzrə statistika və məlumat analitikası şirkəti “Opta”nın superkompüterinə görə, son çempion hazırkı turnirin əsas favoriti deyil.

Mövsümöncəsi proqnozlarda “Arsenal” önə çıxıb. Mikel Artetanın komandası simulyasiyaların 21,2 faizində turnirin qalibi olub. “Bayern Münhen” 19,9 faizlə ikinci, “Mançester Siti” isə 12 faizlə üçüncü yerdədirlər. PSJ 7,7 faiz çempionluq ehtimalı ilə dördüncü göstəriciyə malikdir. Bu rəqəmlər qarşıdakı mübarizəyə marağı daha da artırır. Əsas favoritlər elə liqa mərhələsində də bir-birlərini sınamaq üçün kifayət qədər imkan əldə edəcəklər.

***

PSJ, “Mançester Siti” və “Barselona” üçlüsünün öz aralarında olacaq oyunları ən çox maraq doğuran qarşılaşmalar kimi fərqləndirmək mümkündür. “Mançester Siti” oktyabrın 14-də PSJ-ni qəbul edəcək. Rəqiblərin 2025-ci ildəki son görüşündə Paris təmsilçisi evdə 4:2 hesabı ilə qalib gəlib. Altı gün sonra isə PSJ “Barselona”nı qəbul edəcək. Bu iki komanda ardıcıl üçüncü il qarşılaşacaq. PSJ əvvəlki iki görüşdə qələbə qazanıb, özü də səfərdə - 4:1 və 2:1. Daha sonra – dekabrın 8-də “Barselona” evdə “Mançester Siti” ilə qarşılaşacaq. Komandaların avrokuboklar çərçivəsində 2016-cı ildə keçirilən son görüşündə “şəhərlilər” 3:1 hesabı ilə qalib gəliblər.

“Mançester Siti” üçün qarşıdakı oyunların əlavə emosional əhəmiyyəti olacaq. “Şəhərlilər”in futbol üzrə direktoru Uqo Viana vaxtilə klubun əsas oyunçuları olmuş Rodri və Kevin De Bruyne ilə yenidən qarşılaşmağı səbirsizliklə gözləyir: “Rodrinin indi çıxış etdiyi “Barselona”ya qarşı oynayacağımız üçün çox şadıq, onu yenidən görəcəyimizə sevinirik. “Barselona” həmişə çətin rəqibdir, xüsusilə də səfərdə. Həmçinin ötən il qarşılaşdığımız “Napoli” də yenidən rəqibimiz olacaq. Həmin oyunda Kevinin meydanda olmasından zövq almışdıq və onu yenidən görmək əla olacaq”.

Viana ümumilikdə turnir barədə isə fikirlərini belə ifadə edib: “Bu turnir həmişə çətindir – fərqli oyunlar, fərqli məşqçilər, fərqli sistemlər. Amma zəmanət verə biləcəyim bir məsələ var ki, biz mübarizəyə hazırıq. Görək, necə olacaq”.

***

Liqa mərhəlsində çox sayda digər maraqlı qarşılaşmalar da olacaq. “Bayern Münhen” oktyabrın 21-də “Arsenal”la üz-üzə gələcək. Rəqiblərin 2025-ci ildə Londondakı son görüşündə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

Daha sonra – dekabrın 9-da “Arsenal” “Real Madrid”i qəbul edəcək. Bu dueldə xüsusilə maraq doğuran məqam odur ki, “topçular” İspaniya nəhəngi ilə əvvəlki dörd görüşünün heç birində məğlub olmayıblar.

“Mançester Yunayted” və “Bayern Münhen” 2027-ci il yanvarın 20-də Avropa futbolunun ən məşhur rəqabətlərindən birini yenidən canlandıracaqlar. Bu komandaların hər qarşılaşması istər-istəməz 1999-cu ildə İngiltərə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan dramatik finalı xatırladır. Onların axırıncı dəfə 2023-cü ildə üz-üzə gəldiklərini, həmçinin “Bayern”in son üç görüşdə qələbəyə sevindiyini də yada salaq.

Ən böyük klublar xəbərlərin əsas mövzusunu təşkil etsə də, 2026/27-ci illər mövsümündə yeni adlar və yeni hekayələr də var. “Real Betis” 2005/06-cı illər mövsümündən sonra ilk dəfə Çempionlar Liqasına qayıdıb. Bizim “Sabah”, həmçinin “Komo”, LASK və “Vikinq” isə qrup/liqa mərhələsinin tətbiqindən sonra turnirdə debüt ediblər. Ümumiyyətlə, “Komo” klub tarixində ilk dəfə avrokuboklarda iştirak edir. “Sabah”ın bundan əvvəlki Avropa təcrübəsi isə təsnifat mərhələləri ilə məhdudlaşıb.

Norveç 1999/2000-ci illər, Türkiyə də 2007/08-ci illər mövsümlərindən sonra sonra ilk dəfə əsas mərhələdə iki klubla təmsil olunurlar.

“Real Madrid”in rekordunu da qeyd etmək lazımdır – “Kral klubu” 1997/98-ci illər mövsümündən bəri bütün turnirlərə qatılmaqla Çempionlar Liqasında ardıcıl çıxış etdiyi mövsümlərin sayını 30-a çatdırıb.

Beləliklə, bu uzun futbol marafonunun sonunda bütün yollar bir ünvana aparacaq – finala. Aylarla davam edən mübarizənin, saysız-hesabsız dramatik gecələrin və bir anlıq səhvin belə hər şeyi dəyişə biləcəyi qarşılaşmaların ardından iki komanda mövsümün ən böyük səhnəsində üz-üzə gələcək. Orada artıq nə keçmiş nəticələrin, nə proqnozların, nə də statistikanın əhəmiyyəti qalacaq – yalnız 90 dəqiqə, bəlkə də 120 dəqiqə və ya penaltilər seriyası kubokun sahibini müəyyənləşdirəcək.

2027-ci il iyunun 5-də “Metropolitano” stadionundakı oyunda meydana çıxacaq iki komanda bu mövsüm həmin ikonik sözləri sonuncu dəfə eşidəcəklər: Die Meister. Die Besten. Les grandes équipes. The champions.

Rasim MÖVSÜMOV,
idman şərhçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri