Dieqo Simeone klublararası dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb
Icma.az bildirir, sport24.az portalına istinadən.
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone komandasının bir neçə gündən sonra start götürəcək klublararası dünya çempionatında perspektivləri ilə bağlı sualı cavablandırıb. Argentinalı mütəxəssis bununla bağlı FİFA-nın mətbuat xidmətinə açıqlama verib:
"Qrup mərhələlərinin nə qədər çətin olduğunu hamımız bilirik. Bizi qrupda 3 güclü komanda gözləyir. Ümid edirəm ki, pley-offa yüksələ biləcəyik. Bundan sonra hadisələrin necə inkişaf edəcəyini görəcəyik.
Bu turnir Çempionlar Liqasından çox fərqli olacaq. Burada hər rəqiblə bir dəfə qarşılaşırsan. Bu, daha çox dünya çempionatına bənzəyir. Öz təcrübəmə əsaslanaraq düşünürəm ki, doğru zamanda hərəkətə başlasanız, çox güman ki, istədiyinizə nail olacaqsınız".
Qeyd edək ki, "Atletiko" B qrupunda Braziliyanın "Botafoqo", Fransanın PSJ və ABŞ-ın "Seetl Sounders" klubları ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















