Icma.az
close
up
RU
DİETOLOQDAN ÇAĞIRIŞ: Kərə yağını əritmək düzgün deyil

DİETOLOQDAN ÇAĞIRIŞ: Kərə yağını əritmək düzgün deyil

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirib.

Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.

Ailem.az bildirir ki, bu barədə qida mütəxəssisi, həkim-diyetoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı medicina.az-a açıqlamasında bildirib ki, yağ adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.

Dietoloqun sözlərinə görə, saxta yağlar ürək-qan damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur: "Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu səbəbdən ölüm faktları daha çox qeydə alınır. Ən təhlükəlisi biznes məqsədli ucuz hazırlanıb baha satılan trans yağlarıdır. Satılan yağların 80 faizini trans yağları təşkil edir”.

Həkimin sözlərinə görə, istehsalçı şirkət iki ayrı maddəni qarışdıraraq yağ hazırlayır ki, bu da insan orqanizmi üçün birbaşa təhdiddir.

"Doymuş və doymamış yağ turşularını bir-birinə qarışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil. Daha sadə desək, bərk yağa bitki yağı əlavə edilir. Orjinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da vardır. Qatqısı kimyəvi maddələr olan qida birbaşa zəhər deməkdir. Çünki bu zaman ekstraktiv maddələr toksiki maddələrə çevrilərək, mədə üçün təhlükəli zəmin yaradır”, - deyə Zülfüqarlı bildirib.

Azərbaycan menyusunda qızartma yeməklərə önəm verildiyini xüsusi vurğulayan həkimin sözlərinə görə, bu zaman vətəndaşlar özləri belə bilmədən orjinal yağı çox zaman zəhərli maddəyə çevirir:

"Qızartma yeməklər hazırlanan zaman yağı yandırmaq qəti olmaz. Kərə yağı əslində qızartmada çox istifadə edilməməlidir. Təbii halda yeyilməsi daha faydalıdır. Çünki qızardılan zaman tərkibindəki vitaminlər ölür. İnsanların çoxu yağları özləri qazda əridirlər və duru kərə yağı əldə edirlər. Bu, keçmişdən günümüzə gələn yanlış örnəkdir. Kərə yağı otaq temperaturunda özü əriməlidir. "Ərinmiş kərə yağı" deyilən termin olmamalıdır. Soyuducuda aşağı temperaturda saxlanılmalıdır ki, tamı dəyişilməsin və tərkibindəki vitaminlər ölməsin”.

Bəs insanlar piştaxtalarda satılan yağların qismən də olsa orijinal olub-olmamasını necə seçə bilər?

Dietoloq  Leyla Zülfüqarlı vətəndaşların yağ aldıqları zaman onun yağlılıq faizinə baxmalı olduğunu diqqətə çatdırıb: "Orijinal kərə yağının yağlılıq dərəcəsi 82,5 faizdən aşağı olmamalıdır. Bundan əlavə qoxusundan, rəngindən müəyən qədər də olsa ayırd etmək mümkündür. Əsl yağ saman sarılığında olmalıdır”.

Qiymətinin baha olması keyfiyyətlidir anlamına gəlirmi?

Dietoloq bu suala da aydınlıq gətirərək bildirib ki, əslində ölkəmizdə yağların qiyməti baha olmamalıdır. Çünki ölkəmizin təbii şəraiti əsl yağ əldə etməyimizə imkan verir.

Leyla xanım insanlara tövsiyələr də verib: "Bacardığınız qədər təbii kərə yağlarından istifadə edin. Çünki əks halda xərçəng xəstəliyinə bu səbəbdən belə yoluxa bilərsiniz”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri