Icma.az
close
up
RU
Soyuqdəyməyə qarşı düzgün qidalanma Dietoloqdan

Soyuqdəyməyə qarşı düzgün qidalanma Dietoloqdan

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Qışda soyuq hava ilə maddələr mübadiləsi özünüqoruma rejiminə keçir. Bədənin qidalanma ehtiyacları da dəyişir. Bu dövrdə düzgün qidalanma güclü immunitet sisteminin qorunması üçün çox vacibdir.

Medicina.az xəbər verir ki, dietoloq Dürdane Keskiner qışda sağlam qidalanma ilə bağlı məsləhətlər verib:


"Soyuq havada bədən istilik balansını qorumaq üçün təbii qoruma rejiminə keçir və enerji sərfiyyatını minimum səviyyəyə endirir. Bu prosesdə bədən enerjiyə qənaət etmək üçün metabolik fəaliyyətləri yavaşladır və yığdığı enerjini qorumağa meyllidir.

Karbohidrat qəbulunda tam taxıllı çörək, qəhvəyi düyü, tam buğda makaronu və bulqur kimi karbohidratlara üstünlük verilməlidir. Bu qidalar qan şəkərini balanslı saxlayır və uzun müddət toxluq hissi verir.

Zülal qəbulu kifayət qədər səviyyədə olmalıdır. Çünki az proteinli pəhriz maddələr mübadiləsini ləngidir. Yumurta, balıq, toyuq, süd məhsulları və paxlalılar balanslı şəkildə istehlak edilməlidir.

Yağ seçiminə gəldikdə, doymuş yağlar əvəzinə zeytun yağı, qoz, badam və avokado kimi sağlam yağ mənbələrinə üstünlük verilməlidir. Bu yağlar həm ürək sağlamlığını qoruyur, həm də vitaminlərin mənimsənilməsini dəstəkləyir.

Gündə orta hesabla iki porsiya meyvə yemək lif qəbulunu dəstəkləyir və immuniteti gücləndirir".

Dietoloq Keskiner immuniteti gücləndirən aşağıdakı qış qidalarını sadalayıb:

Balıq: Omeqa-3 yağ turşuları immunitet sistemini dəstəkləyir. Qışda həftədə iki dəfə balıq yemək immuniteti gücləndirir.

Nar: Güclü bir antioksidantdır. Kalsium, kalium və maqneziumla zəngin olan nar xəstəliklərdən qorunma təmin edir.

Balqabaq: A vitamini ilə zəngin olan balqabaq infeksiyalardan qoruyur.

Quşburnu: C vitamini və polifenollarla çox zəngindir. Soyuqdəymədən qoruyur.

Heyva: C vitamini və fitokimyəvi maddələr ehtiva edən güclü bir antioksidantdır. İmmuniteti dəstəkləyir və boğaz ağrısı üçün faydalıdır. Onu cökə çayı ilə istehlak edə bilərsiniz.

Kefir: Bağırsaq florasını gücləndirir və immuniteti dəstəkləyir.

Yerkökü: Beta-karoten, C vitamini, kalium və sink tərkibi ilə immuniteti gücləndirir.

Kivi: Polifenolları və yüksək C vitamini tərkibi ilə immuniteti dəstəkləyən ən güclü meyvələrdən biridir.


Dietoloq Keskiner mövsümi meyvə və tərəvəzlərin istehlakını tövsiyə edib:

"Təbii şəraitdə yetişən məhsullar əlavələrə ehtiyac olmadan yüksək vitamin, mineral və antioksidant tərkib təklif edir. Qışda portağal, alma, armud, qreyfrut, limon, banan, nar, kivi və mandarin kimi meyvələr həzmi dəstəkləyir və yüksək lif və C vitamini tərkibi ilə immuniteti gücləndirir. Tərəvəzlərə gəldikdə isə, ispanaq, gül kələm, pırasa, kərəviz, brokoli, turp, kələm və yerkökü vitamin, mineral və antioksidant xüsusiyyətləri ilə bədəni gücləndirir və toksinlərdən təmizləməyə kömək edir."

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri