Icma.az
close
up
RU
“Dil Bacarıqlarının Peşə Həyatındakı Rolu” mövzusunda təlim keçirilib

“Dil Bacarıqlarının Peşə Həyatındakı Rolu” mövzusunda təlim keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi – 5 nömrəli tam orta məktəbin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Xarici Dil üzrə Mütəxəssis Günay Əkbərovanı dəstəyi ilə “Şagirdlərin Peşə Həyatında Dil Bacarıqlarının Təsiri” mövzusunda maarifləndirici təlim keçirilib. 

525.az xəbər verir ki, ədbirin əsas məqsədi peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə ingilis dilinin peşə sahəsində əhəmiyyətini çatdırmaq, onların kommunikasiya bacarıqlarını inkişaf etdirmək və gələcək karyera yollarında uğur qazanmalarına dəstək göstərmək olub. Təlim zamanı iştirakçılara ingilis dilinin iş dünyasında yaratdığı imkanlar haqqında geniş məlumat verilib, müxtəlif praktiki tətbiqlər vasitəsilə dil bacarıqlarının real vəziyyətlərdə tətbiqi nümayiş etdirilib.

Tədbirin açılışında Mehdiabad 5 nömrəli məktəbin informatika müəllimi və peşə təmayüllü siniflərin qrup rəhbəri Könül Tağızadə çıxış edərək təlimin məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra İctimai Şuranın katibi Günay Əkbərova təqdimatla çıxış edərək xarici dilinin təkcə akademik sferada deyil, peşə həyatında da vazkeçilməz rol oynadığını vurğulayıb. O, dil bacarıqlarının şagirdlərin gələcək uğurlarına necə təsir edə biləcəyini praktiki nümunələrlə izah edib və onların dil öyrənmə motivasiyalarını artırmaq üçün faydalı tövsiyələr verib. 

Tədbirdə Mehdiabad 5 nömrəli məktəbin direktoru Faiq Xosrovlu, direktor müavini Sənan Məmmədov, həmçinin peşə təmayüllü siniflərin ixtisas müəllimləri də iştirak ediblər. Qonaqlar arasında Ceyranbatan 1 saylı tam orta məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri Könül Adıgözəlova və onun rəhbərlik etdiyi şagirdlər də yer alıblar.

Məktəb direktoru Faiq Xosrovlu öz çıxışında bu tip təlimlərin şagirdlərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm rolu qeyd edərək, gələcək əmək bazarına inteqrasiya baxımından dil bacarıqlarının əvəzsiz olduğunu bildirib.

Tədbirin sonunda Günay Əkbərova müəllifi olduğu kitabları müəllimlərə və şagirdlərə hədiyyə edib. Təlim iştirakçılarla xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.

Bu təlim, şagirdlərin peşə istiqamətli düşüncə tərzinin formalaşması və dil bacarıqlarının karyera yolunda əhəmiyyətini dərk etmələri baxımından mühüm bir təşəbbüs kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri